Gündə 8 dəfədən çox tualetə gedirsinizsə...

Gündə 8 dəfədən çox tualetə gedirsinizsə...Uyğunsuz yerdə, uyğunsuz saatda tualetə getmək istəyirsiniz? Yarım saatlıq da olsa, evdən çıxarkən əvvəl, ya sonra tualet istəyiniz yaranır?

Hətta durum o qədər acınacaqlıdır ki, tualetə getməmək üçün su içməkdən imtina etmisiniz? Bunu çoxları sidik kisəsinin balaca olması ilə əlaqələndirirlər. Əslində isə sidik kisəsi kiçik deyil, daha aktivdir.

Xüsusilə qadınlarda rastlanan və sosial həyata mənfi təsir edən çox aktiv sidik kisəsi problemi ilə bağlı detalları açıqlayırıq.

Çox aktiv sidik kisəsi nədir?
Sidik torbası əzələsinin gərəksiz yerə sıxılması nəticəsində sosial həyata olduqca təsir edən bir xəstəlikdir. Normal halda sidik kisəsindəki sidik müəyyən bir həddə çatmadan tualetə getmək istəyi yaratmaz. Ancaq sidik kisəsi çox aktiv olduğu halda bir stəkan çay içəndə belə, tualetə dərhal getmək istəyi yaranır, hətta sidiyi qaçırma halları da olur.

Əlamətləri nələrdir?
Anidən sidiyə getmək hissi yaranır.

Gündə 8 dəfədən çox tualetə gedirsiniz.

Gecələr tualetə getmək üçün tez-tez oyandığınızdan yuxu keyfiyyəti də azalıb. Çox ani gələn sidiyi hətta qaçıra bilirsiniz. Bu halda tez bir zamanda mütəxəssis yanına getməlisiniz.

Bu problem necə yaranır?
Bilinməyən səbəbdən sidik kisənizin əzələsi çox aktiv olur.

İflic, parkinson, hidrosefali, beyin şişi, MS, travmatik beyin fəsadı, şəkər xəstəliyi kimi sağlıq durumuna mənfi təsir edən xəstəliklər də çox aktiv sidik kisəsi problemi yaşamanıza səbəb olur.

Nevroloji hallara bağlı olmayan, sıx sidik yolu infeksiyası, sidik kisəsi boyunun darlığı, sidik kisəsi şişi, sidik kisəsi daşı, sidik yollarındakı yad cismlər, prostat böyüməsi, cərrahi müdaxilələr kimi sağlamlıq problemləri də çox aktiv sidik kisəsi probleminə təsir edə bilir.

Müalicəsi ilə yanaşı bəzi həyati vərdişləri dəyişdirmək, pelvik idman hərəkətləri etmək lazımdır. Bundan başqa sidik kisəsinə botoks tətbiqi, sidik kisəsini böyütmək kimi əməliyyatlar etmək də olur.

Çox aktiv sidik kisəsi probleminə nəzarət etmək üçün
- Piylənmədən qaçın. Sağlam çəkinizi qorumağa çalışın.

- Siqaret və tütün məhsullarınızı həyatınızdan çıxarın.

- Qəbizlik də bu problemə təsir edir. Ona görə lifli qidalar yeyin.

- Axşam saatlarında sulu meyvə və tərəvəz yeməyin.

- Sidik kisəsi problemini artıran pomidor, soda kimi məhsullardan uzaq durun.

- Spirtli içki həddini azaldın.

- Tualetə getdikdən sona bir neçə saniyə gözləyin.

- Tualetə getmə sıxlığına nəzarət etmək üçün cədvəl hazırlayın.

- Süni dadlandırıcılar, çox ədviyyatlı yeməklər, qazlı içkilərlə vidalaşın.

- Kafein, qəhvə, çay qəbulunu azaldın.

- Müntəzəm idman edin. Pelvik idman hərəkətləri gücsüzləşən və sidiyi saxlaya bilməyən əzələlərin güclənməsinə kömək edəcək.

Xəbərlər     Baxılıb: 1560   Tarix: 22 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

turlar.az

geyim və ayaqqabılar yay kolleksiyasi gözəllik məhsulları cinsi münasibətlər atalar sozu elm haqqinda atalar sözləri elm haqqinda sevgi cütlüyü kosmetika kokelmek novruz bayramına aid faydalı bilgilər sanamalar ekizler