Günə başlamaq üçün 4 səhər proseduru

Günə başlamaq üçün 4 səhər proseduruSağlamlığı qorumaq üçün ona müntəzəm qayğı lazımdır. Bir çox prosedurlar var, lakin ən effektlisi səhər oyandıqdan sonra edilənlərdir. Onlar sizin çox zamanınızı almayacaq, lakin sağlamlığınıza çox müsbət təsir göstərəcək. Burda müntəzəmlik əsas rol oynayır. Əgər bu tövsiyələr hər gün həyata keçirilərsə nəticə nəzərə çarpan olacaq. İlk vaxtlar bir az çətin olsa da , sonra bir vərdiş halına çevriləcək. Prosedurları həyata keçirmək üçün lazım olanlar: limon, su, bal, eləcə də hidrogen peroksid.
DİLİN TƏMİZLƏNMƏSİ
Biz səhərlər dişlərimizi təmizləyirik, amma dili təmizləmək kimi bir məşğələni də unutmamalıyıq. Bu prosedurun əhəmiyyətli olduğunu hətta qədimdən bilirdilər. Diş fırçası və ya xüsusi təmizləmə fırçası ilə bu "əməliyyatı" etmək olar. Nə üçün dil təmizlənməlidir? Bu yolla siz mədəyə düşə biləcək müxtəlif bakteriyaların müəyyən hissəsini təmizləyirsiniz. Dilin üzərindəki bakteriyalar çox zaman ağızda yaranan qoxuya və ağız boşluğundakı bir sıra xəstəliklərə səbəb olur.
1 STƏKAN İSTİ SU
Yuxudan sonra su balansının tənzimlənməsinin nə qədər əhəmiyyətli olduğunu çoxumuz bilirik. Filtir olunmuş qaynadılmamış suyu isti hala gəlincə qızdırmaq (qaynatmaq yox), bir stəkan dolduraraq üzərinə bir dilim limon və ya sadəcə limon suyu əlavə edilir. Yeməkdən 20 dəqiqə əvvəl içilir.
Belə içki nə üçün faydalıdır?
1. Bu növ hazırlanmış su həzm sistemini normaya salır, orqanizmi qida qəbulu üçün hazırlayır;
2. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamaq üçün müsbət təsir edir;
3. Qaraciyəri təmizləyir;
4. Limon suyunun tərkibində bir çox mikroelementlər (kalsium, fosfor, natrium, kalium, maqnium, dəmir), eləcə də, B və C qrupu vitaminləri mövcuddur.
YEMƏKDƏN ÖNCƏ BAL
Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı bal qəbul edib üzərindən su içmək lazımdır. Bal təbii və təzə olmalıdır.
Səhərlər nə üçün bal yemək lazımdır?
1. Bal-vitamin və mikroelementlərin mənbəyidir. Onun tərkibində orqanizmə enerji verən, beynin fəaliyyətinə və işləmə gücünə müsbət təsir edən fruktoza və qlükoza var;
2. İmmuniteti artırır;
3. Bu məhsul antioksidant xassəyə malikdir, orqanizmin yaşlanmasına müqavimət göstərir.
AĞIZ BOŞLUĞUNUN HİDROGEN-PEROKSİDLƏ YAXALANMASI
Səhər naharından sonra ağız boşluğunu hidrogen-peroksidlə yaxalamaq məsləhətdir. 5-7 damcı 3%-li hidrogen peroksidi 50 mq qaynanmamış təmiz su ilə qarışdırmaq lazımdır.
Nə üçün ağız boşluğunu belə məhlulla yaxalamaq lazımdır?
1. Karies, diş və damaq xəstəliklərinin qarşısını alır;
2. Ağızdan xoşagəlməz qoxu itir;
3. Dişlərdə bəyazlıq yaranır.
Bu prosedurları hər gün edin. Əhval-ruhiyyəniz mütləq yaxşıya doğru dəyişək.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1046   Tarix: 08 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

hamiləlik qadin dunyasi kosmetoloq dərmanlar idmandan sonra ne yemek lazimdi gün vurmanın əlamətləri lasyon hazirlanmasi kosmetika hesaplama saglam qidalanma novruz bayramına aid hakışta novruz hakista sac modelleri