Günəş allergiyası nədir və necə qorunmaq olar?

Günəş allergiyası nədir və necə qorunmaq olar?Günəş allergiyası isti mövsümlərdə bir çox insanlarda meydana gələn və qaşıntılı səpgilər ilə özünü göstərən dəri problemlərinin toplusuna deyilir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli açıqlayıb. Onun sözlərinə görə, bu cür dermatoloji problemlər birbaşa Günəşin ultrabənövşəyi şüaları ilə əlaqədar meydana gəlir. Günəşlə bağlı dəri problemləri adətən bədənin açıq yerlərində yaranır. Əsasən üz dərisi, sinə bölgəsi (dekolte) qolların xarici səthi, əllərin üstü, baldırlarin ön tərəfləri, ayaqların üstü daha çox zədələnir. Dəri səpgilər adətən yaz və yay aylarında kəskinləşir, payız və qış aylarında isə sönməyə başlayır:
"UV olaraq bildiyimiz ultrabənövşəyi şüalar dəridə sadəcə, Günəş allergiyası deyil eyni zamanda allergik mənşəli olmayan digər dermatoloji problemlər də yarada bilər. Məsələn, pemfiqus xəstəliyi Günəş şüalarının təsirindən remissiyadan çıxa bilər və xəstəlik kəskinləşə bilir. Günəşin ultrabənövşəyi şüaları herpetik infeksiyaları da kəskinləşdirir. Rozasea və ya gənə xəstəliyindən əziyyət çəkənlərdə qızartılar alovlana bilər. Qırmızı qurd eşənəyi xəstəliyi və dermatomiozit xəstəliyi olanlar xüsusən diqqətli olmalıdırlar. Günəşli sezon dönəmində avtoimmun revmatizmal dəri xəstəlikləri residiv verir".
Həkim bildirib ki, Günəş allergiyası kimi problemləri olan xəstələr fevral ayının sonlarından etibarən Günəşdən qorunma qaydalarına əməl etməyə başlamalıdırlar: "Belə xəstələr sadəcə, günəşli sezonlarda deyil, eyni zamanda qış aylarında belə Günəş şülarının mənfi təsirlərinə qarşı diqqətli olmalıdırlar. Lakin, günəşli mövsümlərdə bu cür xəstələr günəşdən həm fiziki, həm də kimyəvi olaraq qorunmalıdırlar. Fiziki qorunma dedikdə aşağı və yuxarı ətrafları örtəcək uzun və dərini sərin tutan geyimlər, günəş eynəkləri və baş örtükləri, kimyəvi qorunma dedikdə isə dəriyə 2 saatdan bir tətbiq edilən +SPF Günəşdən qoruyucu kremlər nəzərədə tutulur. Bütün bunlara rəğmən günəş altında qaldıqdan sonra dəridə qaşıntılı qızartılı səpgilər meydana gələrsə mütləq dermatoloq həkimə müraciət edilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1262   Tarix: 28 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun