Günəş ləkələrinə qarşı bunları etmək yolverilməzdir

Günəş ləkələrinə qarşı bunları etmək yolverilməzdirGünəş şüalarının təsiri nəticəsində həm qadınlarda, həm də kişilərdə dəridə ləkələr yaranır. Ən çox üz dərisində yaranan ləkələr əsasən yayda meydana çıxır. Ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır.
Dermatoloq, uzman həkim Firayya Məmmədova bildirib ki, Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri - melazma ən çox qadınları narahat edən problemdir. Bu ləkələr ən çox üz dərisində kəpənənəkvari olaraq yayılır: "Ən çox alında, üzün yan hissələrində, yanaqlarda, burun ətrafında olur. Qadınlarda üzdə olan ləkələr adətən ya hamiləliklə bağlı olur, ya da Günəş ləkəsidir. Hər ikisində genetik meyllilik üstünlük təşkil edir".
Dermatoloq deyib ki, ləkələr hər şeydən əvvəl düzgün müayinə olunmalıdır. Dərinin  hansı qatında, üst qatda, yoxsa daha dərində olduğu müəyyən edilməlidir. Müalicə üsulları da buna uyğun olaraq seçilir. Vəziyyətdən asılı olaraq krem və ya dərman-iynə müalicələri təyin olunur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, onun sözlərinə görə, belə ləkələr zamanı edilən ən böyük yanlış evdə tədbirlərin görülməsidir: "Məsələn, ləkələrə limon suyu çəkmək, bitki müalicələri etmək, aptekdən alınan dərmanların istifadəsi düzgün deyil. Başqa bir yanlış pilinqlərin edilməsidir. Bu halda ləkələrin daha da geniş yayılması şikayətləri olur. Özfəaliyyət şəklində edilən müalicələr xeyirdən çox ziyan vurur. Ləkə varsa, dermatoloqun müayinəsi lazımdır. Çünki bu, hormonal balansın pozulması nəticəsində də baş verə bilir. Bəzən adi ləkə deyib keçilə bilər, amma bunun hormonal dəyişikliklərlə bağlı yaranması da mümkündür. Səbəb tapılmalı, ona uyğun olaraq müalicə olunmalıdır. Ona görə də mütləq dermatoloq müayinəsi lazımdır".
Dermatoloq deyib ki, hər kəs bayıra çıxanda mütləq Günəş qoruyucu krem çəkməlidir. Günəş ləkələri olanlar isə daha diqqətli olmalıdırlar. Günəş qoruyucu krem çəkməklə yanaşı, üzü də qoruyacaq papaq, şlyapa geyinməli, mümkü olsa çətirdən istifadə etməli, eynək taxmalıdırlar. Bədəndə ləkə varsa, dəri rəngindən açıq və ya tünd olmasından asılı olmayaraq, kremlə, geyimlə qoruması vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1475   Tarix: 09 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun