Günəşdən necə qorunmaq lazımdır? - Həkimdən açıqlama
Uzun müddət günəşə məruz qalmaq təkcə günəş yanığı deyil, həm də günvurma və ya istilik vurmasına səbəb ola bilər. Tibb elmləri namizədi nevroloq Yekaterina Demyanovska günvurmadan qorunmağın yollarını açıqlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim bildirir ki, günün qızmar saatlarında sərin otaqlarda qalmağa üstünlük vermək lazımdır.
Onun sözlərinə görə, əgər bunun qarşısını almaq mümkün deyilsə, özünüzü mümkün qədər qorumalısınız:
"Günəşdən qorunmaq üçün papaq və gün eynəyi taxın. Boş, açıq rəngli paltarlar seçin və bədənin açıq nahiyələrinə SPF 30-50 olan günəşdən qoruyucu krem çəkin. Bacardığınız qədər kölgədə qalın. Evdə kondisioneri və ya ventilyatoru işə sala, daha tez-tez sərin duş qəbul edə yaxud bədəninizi nəm dəsmal ilə silə bilərsiniz. Bu cür havalarda kifayət qədər maye qəbul etmək çox vacibdir. İstidə insan soyuq havaya nisbətən daha çox tərləyir və daha çox maye itirir. Ən yaxşısı qazsız suya üstünlük verməkdir. Susuzluğunuzu mineral su, limonlu çay və ya meyvə içkisi ilə yatıra bilərsiniz".
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi