Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah

Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah"Hamilə qadınların qida seçimində kreativlik axtarması yersizdir. Sağlam, təbii qidalara üstünlük vermək lazımdır".
Bunu Sherg.az-a pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, regionda yetişən meyvə və tərəvəzlərə, gündəlik menyumuzda olan qidalara genetik olaraq uyğunlaşmışıq:
"Həmin məhsullarla qidalanmaq lazımdır. Başqa ölkələrin mətbəxinin, müxtəlif tərkibli yeməklərinin bizə dəxili yoxdur. Qadınlar çox vaxt həkimin dediyi deyil, özlərinin haradasa gördükləri, qarşılaşdıqları qidaları yemək istəyirlər.
Hamiləlik qadın orqanizmi üçün ciddi tibbi, bioloji, psixoloji baxımdan yükdür. Öz pasiyentini müayinə edən ginekoloqlar hər müayinədə hamilə qadının qida menyusunu ona deyir. Buna əməl etmək lazımdır. Analar bətnindəki körpəni və özünü normal qidalandırmalıdır. Bunun üçün maddi məsələlər və ananın məsuliyyəti xüsusi önəmlidir. Ananın qida, yuxu, hərəkət, hava rejimi uşaq üçün vacibdir. Azərbaycan torpağında yetişən nə varsa, hamilə qadın üçün hətta dərmandır.
Bəzən hamilə qadınların turş meyvələr istəməsi normaldır. Bu, təbabətə aid bir şey deyil, amma ürəyi istəyirsə, qadında sırf psixoloji diskomfort yaradacaq. Buna görə, hamilələr bu cür qidaları istəyirsə, qış aylarında xüsusilə alça kimi meyvələri başqa alternativlə əvəz etmək lazımdır. Nə səbəbdən olur, olsun stress hamilə üçün heç bir halda olmamalıdır".
Qadınların hamiləlik zamanında məlumatlı olmasına diqqət çəkən pediatr vurğulayıb ki, internetdən, mediadan, sağlamlıqla bağlı məlumatları əldə etmək olar:
"35-40 il bundan əvvəl anaların əksəriyyəti təhsilsiz idi. İnformasiya üçün tək həkimlər var idi. İndi bu məsələlərin hamısı aradan qalxıb. Necə olur ki, analar internetdən hər məlumatı əldə edir, amma öz sağlamlığı üçün vacib olanlarla maraqlanmır. Həkimlər nə qədər məsləhətlər versə də, əksərən buna laqeyd yanaşırlar. Lakin hər kəs aldığı təhsili özünə faydalı şəkildə istifadə etməlidir.
Sosial şəbəkələrdə çox zaman ciddi olmayan məlumatlar da paylaşılır. Bəziləri bunu yumor olsun deyə yazır, amma düşünmürlər ki, bunu oxuyub, tətbiq edən insanlar da ola bilər. Nəticədə problemlər ortaya çıxar. Ona görə, hər yayılan məlumata etibar etməmək, qeyri-ciddi paylaşımları oxumamaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1075   Tarix: 19 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü