Hamilə qadınların makiyajı necə olmalı

Hamilə qadınların makiyajı necə olmalıQadınlar, əsasən də hamilə qadınlar baş verən dəyişikliklərə görə daha çox diqqət mərkəzində olurlar. Məhz bu dəyişikliklərə görə də ən çox kompleksə düşən hamilələr olur. Ağrılar, yorğunluq, hamiləlik dəyişkənliyi belə qadınları daha solğun göstərir və hətta makiyaj edərkən belə gözəl görünmədiklərini düşünürlər. Belə qadınları dəstəkləyib yol göstərməklə onları gözəl olduqlarına inandırmaq olar.

Hamiləlik dövrlərində bədəndə dəyişiklik artdıqca cilddə də problemlər arta bilər. Buna görə də hamilə qadınlar makiyaj edən zaman belə hallara fikir verməlidirlər. Belə ki, tərkibində heyvani qarışıqlar, hormonlara təsir edə biləcək komponentləri olan kosmetik vasitələrdən qaçmalıdırlar. Əsasən də istifadə müddəti bitmiş kosmetik vasitələrin istifadəsi daha təhlükəli ola bilər ki, bu da dəridə xoşagəlməz hallar yarada bilər.
İndi elə bir dövrdə yaşayırıq ki, kosmetik mağazalarda hər cür dəriyə uğun olan, hamilə qadınların istifadə edə biləcəyi təbii bitki tərkibli, kosmetik vasitələr satılır. Hamiləlik dövrləri dəyişdikcə üz dərisinin də quruluşu dəyişə bilər. Əvvəl quru olan dərini sonradan yağlı dəri əvəz edə bilər.

İlk əvəvl tonal kremdən istifadə edildiyi üçün onun tərkib hissəsini bilməli və sonra dərinizin həmin kremə qarşı təsirini öyrənməlisiniz. Çünki, bir çox hallarda dəridə allergiya yarana bilər. Çalışmaq lazımdır ki, tonal kremin istifadəsi minimuma endirilsin. Əgər hamiləlikdən əvvəlki vaxtlarda tonal krem qalın qatla çəkilirdisə, hamiləlik zamanı istifadəsi azaldılmalıdır. Hamiləlik zamanı dəri solğun olduğu üçün tünd rəngli tonal krem çəkmək üz dərisini canlı göstərər.
Ev şəraitində də nəmləndirici maskalardan, təbii bitki tərkibli qidalandırıcı kremlərdən istifadə etməkdən olar. Yeri gəlmişkən, ən çox narahat edən səbəblərdən biri də göz altında yaranan kölgələrdir. Bunun üçün də müxtəlif maskalar və kremlər vardır. Bu vasitələr az da olsa problemləri aradan qaldıra bilər.

Əgər fikir vermisinizsə, hər dəfə istifadə etdiyiniz göz qələmi belə vaxtlarda gözün yaşarmasına, qıcıqlanmasına səbəb olur. Belə olan halda qara kölgələrlə gözlərə gözəl görünüş vermək olar. Kipriklərə gəldikdə, kiprik qaldıran maqqaşlar, tuş əvəzi olan qidalandırıcı gellər daha münasib olardı.
Hamiləlik zamanı solğun və çatlayan dodaqları çox sadə üsulla aradan qaldırmaq olar ki, bu üsulu hər bir qadına məsləhət görərdim. Belə ki, adi diş fırçasını isladıb dodağınıza yuvarlaq şəkildə massaj etmək olar. Bu mərhələdən sonra dodağa bal və ya zeytun yağı ilə maska edib, sonra dodaq geli sürtmək olar. Belə olan halda dodaqlar dolğun və canlı görsənəcək.
Gecə makiyajı edən zaman ən çox göz makiyajına üstünlük versəniz, dana gözəl və cazibədar görünüş əldə etmiş olarsınız. Çünki, qeyd edildiyi kimi, hamiləlikdə yaranan problemlərdən əmələ gəlmiş solğunluq daha çox gözlərdə nəzərə çarpır.
Hamiləlikdə hər fəsil dəyişdikcə kosmetik vasitələri, qidalandırıcı kremləri də dəyişmək vacibdir. Qeyd etmək istəyirəm ki, əsasən hamiləliyi yaz və yay aylarına düşən xanımlar antibiotik qəbul edir, iynə vurdururlarsa, makiyajlı və ya makiyajsız günəş şüaları altına çıxmaları məsləhət deyil. Elə qəbul edilmiş pereparatlar vardır ki, onları qəbul edən zaman günəş şualarının əks təsiri nəticəsində üzdə iri ləkələr əmələ gətirə bilir.

Ailə və Uşaq     Baxılıb: 3464   Tarix: 09 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

geyim dəbləri həkim məsləhəti reseptler qəbizlik ayaq dirnaqlarina qulluq pul kisəsi gəlinliklər kosmetika klitor xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır haxisda gülməli hakıştalar salam