Hamilə qadınların və anaların hüquqları

Hamilə qadınların və anaların hüquqlarıHamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.

Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra.

Əmək Məcəlləsinin "Hamiləliyə və doğuşa görə məzuniyyətlər" adlı 125–ci Maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir.

Kənd təsərrüfatı sahəsində çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət, bu qadınların işinin çətinliyinə görə verilir. Bu, normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) kimi verilir. Bəzi mütəxəssislər yuxarıda qeyd olunan vaxtların yetərli olmadığınıdeyirlər. Çünki körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır.

Lakin qanunvericiliyə istinad etməklə, bu problemdən çıxış yolu tapmaq mümkündür. Belə ki, adətən birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin "Əmək məzuniyyətinin verilməsi qaydası" Maddəsinə (Maddə 131.) görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər.

Dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin "Uşağın yedizdirilməsi üçün fasilələr" Maddəsində (Maddə 244) yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir.

Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir. Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər siz iş yerindən uzaqda yaşayırsınızsa, siz işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada da bilərsiniz. Əmək Məcəlləsinin "Qısaldılmış iş vaxtı" Maddəsinə (Maddə 91) görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Bunlardan əlavə, dövlət hamilələrə və 3 yaşınadək uşağı olan analara işə düzələn zaman da böyük güzəştlər edir. Əmək Məcəlləsinin "Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri" Maddəsində (Maddə 240) deyilir ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbi ilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yol verilməzdir.

Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir.

Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242). Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur.

Bu qaydalar yaş yarımına çatma səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242).

Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatmamış uşağı olan və əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkən qadınlara da aid edilir (Maddə 243). Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə və yaxud uşaqlı ananı işdən azad etmək istəyir.

Lakin dövlət, bu vəziyyətdə olan qadınların xüsusiyyətlərini nəzərə alaraq Əmək Məcəlləsinin 79–cu Maddəsində bu səbəblərlə hamilə və 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsinə qadağa qoyub. İş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir.

Ailə və Uşaq     Baxılıb: 10535   Tarix: 24 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

hamilelikde qidalanma sade makiyaj sekilleri reseptler qadinlarda soyuqdeyme qadın kostyumları kofe maskasi geyimler 2026 kosmetika rus dilini öyrənək 2 ci dərs vətən həsrətinə aid bayatılar novruza aid qurd xəstəliklərinə qarşı mualicə sirniyatlar