Hamilələr virusa daha tez yoluxur?

Hamilələr virusa daha tez yoluxur?Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, immun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır. Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir:
Hamilə qadınlar niyə yüksək risk altındadır?
- Hamilə qadın və inkişafda olan körpə bəzi xəstəliklərə qarşı yüksək riskə məruz qalırlar, çünki hamiləlik dövründə immun sistemi dəyişir, bu da orqanizmin müəyyən zərərli mikroorqanizmlərlə mübarizə aparmasını çətinləşdirir.
- Ana bətnindəki körpənin immunitet sistemi zərərli mikroorqanizmlərlə mübarizə aparmaq üçün kifayət qədər inkişaf etməyib.  
-Virus və bakteriyalarla yayılan xəstəliklər hamilə qadın və doğulmamış körpə üçün ciddi sağlamlıq problemlərinin yaranmasına yol aça bilər. Hazırda hamilə qadınların COVID-19 xəstəliyinə yoluxan insanların içərisində hansı nisbətdə olduğu dəqiq müəyyən edilməyib.
Lakin hamilə qadınlar və süd verən analar ümumi əhalinin riayət etdiyi aşağıdakı sanitariya-gigiyena qaydalarına əməl etməklə virus və infeksiyalara, eləcə də COVID-19 xəstəliyinə yoluxma riskini minimuma endirə bilər;
- Öskürən zaman əlləri ilə ağızlarını örtmək;
- Xəstə insanlardan mümkün qədər çox, azı 1,5 - 2 metr sosial məsafə saxlamaq
-Əlləri sabun və alkoqol əsaslı təmizləyici vasitələrdən istifadə edərək müntəzəm yuyub təmizləmək.
Araşdırmalara görə, COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməyib. Qeyd olunub ki, az sayda olan bu hallarda virusa nə amniotik maye, nə də ana südü nümunələrində rast gəlinməyib. Amma COVID-19 virusunun hamilə qadından hamiləlik və ya doğuş zamanı dölə və ya körpəyə ötürülmə ehtimalı hələ elmə tam olaraq məlum deyil.
O da bildirilib ki, hazırkı məlumatlara əsasən, hamiləlik dövründə COVID-19-a müsbət nəticəsi olan analardan doğulmuş körpələrdə hamiləlik və ya doğuş (məsələn, vaxtından əvvəl doğuş) ilə əlaqədar az sayda problem yaşanıb: "Ancaq bu halların ananın yoluxduğu virus infeksiyası ilə əlaqəli olub olmadığı aydın deyil. Xüsusi nəzərə alınmalı məqamlardan biri də yoluxmuş ananın körpəsini ana südü ilə qidalandırmasıdır. Ana südü müxtəlif xəstəliklərə qarşı körpəni qoruyur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC- Centers for Disease Control and Prevention) digər bənzər viruslarla (SARS-CoV və MERS-CoV) yoluxma zamanı körpələrin südlə qidalandırılmasına dair xüsusi tədbirlər planı təklif etməyib. Həmçinin, COVID-19 xəstəliyinin törədicisinin ana südünə, dolayısı ilə körpəyə necə təsir etdiyi hələlik məlum deyil. Süd verən ana öz həkimi və ailə üzvləri ilə məsləhətləşdikdən sonra süd verməyə davam edəcəyinə və ya saxlayacağına qərar verməlidir. COVID-19 diaqnozu qoyulmuş və ya xəstəliyin simptomlarını daşıyan analar virusun körpəyə yoluxmasının qarşısını almaq üçün bütün təhlükəsizlik qaydalarına əməl etməlidir. Belə ki, körpələrə toxunmadan öncə əllərin yuyulması və maska taxılması olduqca vacibdir. Ana övladını əmzik başlıqlı butulka ilə qidalandırırsa, əlləri yumadan öncə butulkanın heç bir hissəsinə toxunmamalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1348   Tarix: 14 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun