Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır
Bəzi qidalardakı bakteriyalar ana bətnində dölə çataraq uşağın düşməsinə səbəb ola bilir. Ona görə də hamilə qadınlar həmin qidalardan uzaq durmalıdırlar. Milli.Az aile.lent.az-a istinadən düşməyə və erkən doğuşa səbəb olan təhlükəli qidalarla sizi də tanış edir.
İşlənmiş ət
Kolbasa, sosiska kimi işlənmiş ətlərdə listeria bakteriyası var. Listeria plasentadan keçib körpəyə çataraq, infeksiyaya və qan zəhərlənməsinə səbəb ola bilər. Bu da düşmə ilə nəticələnə bilər. Üzərində "bişmiş" yazılsa belə, işlənmiş ətləri yeməzdən əvvəl yüksək dərəcədə bişirmək lazımdır.
Hisə verilmiş dəniz məhsulları
İşlənmiş ətlər kimi, dondurulmuş və ya hisə verilmiş ətlər də listeria ehtiva etdiyi üçün uzaq durmaq lazımdır.
Yumşaq pendirlər
Qaymaq və yumşaq pendirlər kimi pasterizə edilməmiş süddən hazırlanan pendirlər E.coli bakteriyası, listeria, salmonella və kampilobakter kimi bakteriyalar ehtiva etdiyi üçün hamilələrə tövsiyə olunmur.
Çiy ət, qabıqlı dəniz məhsulları və çiy yumurta
Çiy dəniz məhsulları, az bişmiş, çiy ətlər koliform, salmonella və toksoplazmoz bakteriyası riski daşıdığı üçün düşməyə səbəb ola bilər. Mayonez və qaymaq kimi çiy yumurtayla hazırlanan yeməklər də böyük risk daşıyıcılarıdır.
Spirtli içkilər
Hamiləlikdə spirtli içki içmək spirt sindromu və digər inkişaf pozuqluqlarına yol aça bilər.
Milli.Az
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri