Hamiləlik təqvimi (1-20 həftələr)

Hamiləlik təqvimi (1-20 həftələr)1. Hamiləliyin 1-ci həftəsi

Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür. Məsələn, siqaret çəkməyə son qoyulmalı, spirt və dərman qəbulu məhdudlaşdırılmalıdır. Uyğun və sağlam qidalanma vərdişi əldə edilməyə çalışılmalıdır. Bu vərdişlər rahat bir hamiləlik müddəti üçün də əhəmiyyətlidir. Bol miqdarda təzə meyvə və tərəvəz qəbul etmək, süni maddələr təşkil edən qidalardan uzaq dayanmaq və ola bildiyincə çox su içmək faydalıdır. Hamiləlik əvvəli dövrdə müsbət düşünmək və mümkün olduqca istirahət edərək stressdən uzaq dayanmaq dünyaya gətirməyə çalışdığınız körpəniz üçün olduqca yaxşı bir başlanğıc olacaq.

2. Hamiləliyin ikinci həftəsi

Təxminən 14-cü gün ( Ovulyasiya günü)
Gələcək ananın yumurtalıqlarında yumurta hüceyrəsi inkişafı davam etməkdədir. Bu zaman uşaqlığın daxili səthi qalınlaşmağa başlayır. Bu qalınlaşmanın məqsədi döllənmə meydana gəldikdən sonra meydana gələcək embrionun ona rahatlıqla yapışmasını təmin etməkdir. Yeni inkişaf edəcək olan canlının ehtiyaclarını qarşılamaq üzrə bədənin bu qisimində qan dövranı artır. Bu həftənin sonunda inkişaf edən yumurta çatlayaraq yumurtalıqdan atılır. Yəni yumurtlama meydana gəlir. Bir aybaşı dövründə qadında yalnız 1 yumurta çıxır və çatlayır.
Cüt yumurta əkizlərində fərqli olaraq tək bir yumurta deyil, birdən çox yumurta atılır. Bu yumurtaların hamısı döllənərsə əkiz hamiləlik olar.

3. Hamiləlikdə üçüncü həftə

Təxminən 21-ci gün (Əgər sperma daxil olubsa artıq döllənmə baş tutmuşdur)
Yumurtalıqlardan atılan yumurta hüceyrəsi ilə kişidən gələn sperma uşaqlıq borularında qarşılaşır. Xeyli sayda spermanın yumurta ətrafında toplanmasına baxmayaraq bunlardan yalnız 1 dənəsi yumurtanın pərdəsini keçərək içinə girir və öz genetik materialı ilə yumurtanın genetik materialı birləşir. Bu döllənmə (mayalanma) adlanır. Döllənmə ilə birlikdə adına həyat deyilən möcüzə başlayır.

Döllənmə tək bir spermanın yumurta hüceyrəsinin içinə girməsi ilə başlayır və ziqot adı verilən varlığın meydana gəlməsinin ortaya çıxması ilə sona yetir. Mayalanma (döllənmə) müddəti təxminən 24 saata qədərdir. Bir sperma təxminən 48 saat canlı qala bilər. Cinsi əlaqə zamanı uşaqlıq yoluna (qadınların daxilinə) təxminən 300 milyon sperma buraxılır. Spermaların yalnız 1% i yəni 3 milyona qədəri uşaqlığa daxil ola bilər. Uşaqlığa daxil olan spermalar qadının uşaqlıq boruları ilə irəliləyərək son ünvana çatırlar. 10 saat davam edən bu səyahət sonunda yumurta hüceyrəsinə qədər gələn spermaları başqa bir vəzifə gözləməkdədir-yumurta hüceyrəsinin qabığını qıraraq içinə girmək. Yumurta hüceyrəsi pərdə ilə örtülü olur. Spermalardan yalnız 1 dənəsi bu pərdəni deşərək yumurtanın içinə girə bilər. Bu əməliyyat 20 dəqiqəyə qədər çəkir və bir sperma daxil olduqdan sonra pərdə tamamilə bağlanaraq başqa bir spermanın girişinə icazə vermir. Sperma və yumurta hüceyrələrinin nüvələrinin birləşməsi ilə zigot ortaya çıxır və döllənmə (mayalanma) sona çatır.
Pərdə ilə örtülü ziqot döllənmədən 1.5-3 gün sonra bölünməyə başlayır. Sürətli bir bölünmə müddəti başlayır. Bütün bu hadisələr reallaşarkən zigot pərdə içində uşaqlığa doğru olan səyahətini davam etdirməkdədir. 4 gündən sonra zigot uşaqlığın içinə çatmış olur. Bu mərhələdə hüceyrə bölünməsi sürətlə davam etməkdədir. Döllənmə anında körpənin cinsiyyəti müəyyəndir. Yumurta hüceyrə həmişə X xromosomu daşıyır. Əgər daxil olan sperma X xromosomu (qızlara aid xromosom) daşıyırsa körpə qız, Y xromosomu daşıyırsa kişi (kişilər XY xromosomuna malikdir) olacaq. Başqa sözlə körpənin cinsiyyətini təyin edən kişi, yəni atasıdır. Qadının körpə cinsiyyətində bir rolu yoxdur. Bu dövrədə cinsiyyəti təyin etmək ancaq genetik araşdırma ilə mümkündür. Bu mərhələdə müəyyən olan yalnız cinsiyyət deyil. 38 həftə sonra dünyaya salam deyəcək olan fərdin göz rəngindən qan qrupuna qədər bütün genetik quruluşu müəyyəndir və dəyişdirilə bilməz.Həmçinin bax: Kişi və qadın cinsinin əmələ gəlməsi
Bu mərhələdə gələcək anada hər hansı bir fiziki ya da ruhi dəyişiklik yoxdur. Yalnız yüngül bir ləkə şəklində qanama ola bilər.

4. Hamiləliyin 4-cü həftəsi

Təxminən 28-ci gün aybaşı olmalı olduğunuz gün
Bu həftənin sonunda bütün dünyaya ana olacağınızı elan edə bilərsiniz. Normalda aybaşı olmalı olduğunuz halda aybaşınız gecikdi. Bəzən başqa səbəblərdən də bu cür gecikmələr ola biləcəyini bilirsiniz amma yenə də həyəcanlısınız. O halda daha çox maraqda qalacaqsınız. Dərhal aptekdən bir hamiləlik testi götürüb evdə edin. Nəticə mənfi çıxarsa dərhal ümidsizliyə qapılmayın çünki zaman zaman hamiləlik testləri mənfi ola bilər. Bu vəziyyətdə edilməsi lazım olan ən ağıllı iş dərhal həkiminizlə görüşməkdir. Həkiminiz sizi muayinə edəcək. Bu dövrdə edilən USM-lə hamiləlik kisəsini görmək mümkün deyil. Ancaq qanda edilən hamiləlik testi 100% ə yaxın düzgünlüklə hamiləliyin olub olmadığını təsdiq edə bilər. Əgər hamiləlik varsa həkiminiz bu haqda məlumat verəcək. Hamiləlik yoxsa ya da aybaşı baş verərsə çox kədərlənməməyə çalışın. İlk sınaqda hamilə qalma nisbətinin yalnız 25% olduğunu ağılınızdan çıxarmayın. Sınağa davam edin. Əgər aybaşı gecikməsinə baxmayaraq hamilə deyilsinizsə həkiminiz sizə aybaşı yaradacaq bir müalicə verəcək.
4cü həftənin sonunda göbək ciyəsi də meydana gəlir.

5. Hamiləlikdə beşinci həftə

Təxminən 35-ci gün (döllənmədən sonra 14-cü gün)
Sekresiyalanan hormonların təsiri ilə erkən hamiləlik əlamətlərini hiss edəcəksiniz. Məmələrdə dolğunluq və həssaslıq bu həftədə ən sıx qarşılaşılan şikayətlənmələrdir. Davamlı yuxu halı və halsızlıq ümumiyyətlə görülən tapıntılardandır. Uşaqlığınızdakı böyümə sidik kisənizin tutumunu azaltdığı üçün tez-tez tualetə getmə ehtiyacı duyacaqsınız. Əgər hələ həkiminizə getmədinizsə onda getməyə dəyər, çünki daxilinizdəki canlı ilə tanış olma zamanı gəldi. Həkiminiz USM ilə hamiləlik kisəsini uşaqlıq içində sizə göstərəcək. Əgər USM də hamiləlik kisəsi görülməzsə bu uşaqliqdankənar hamiləlik də ola bilər. Uşaqlıqdankənar hamiləlik həyati təhlükə yarada bilən ciddi bir vəziyyətdir, bu halda tez vaxt itirmədən müayinə və müalicəyə başlamaq lazımdır.

6. Hamiləlikdə altıncı həftə

Təxminən 42-ci gün (döllənmədən sonra 21-ci gün)
Bəlkə də hələ hamilə olduğunuzu sizə bildirəcək şikayətləriniz yoxdur. Hamiləlik əvvəli həyatınız ilə heç bir fərq görə bilmirsiniz. Bilməlisiniz ki, içinizdə bir varlıq var və xəyal belə edə bilməyəcəyiniz qədər sürətli çalışır. Bu fəaliyyətin nəticəsi olaraq bəzi şikayətlər də yavaş-yavaş ortaya çıxmağa başlayır. Bir çox qadınlar kimi siz də əsasən səhərlər oyandığınızda mədənizin bulandığını hiss edə bilər hətta qusa bilərsiniz. Köhnədən sizi cəzb edən yemək qoxuları artıq sizi qıcıqlandırır ya da yoldaşınızın çox sevdiyiniz ətirinin birdən-birə əslində heç də gözəl olmadığını hiss etdiniz. İş yoldaşınızın siqareti heç sizi bu qədər narahat etmirdi. Əslində bütün bu qoxular yenə əvvəlki kimidir, lakin dəyişən sizsiniz. Hamiləlik hormonlarının beyninizdəki bulantı mərkəzini xəbərdar etməsi nəticəsində, əgər bulantı və qusmalar sizin həyatınıza və qidalanmanıza təsir edəcək qədər şiddətli olarsa bu vəziyyətdə dərman istifadə etməniz gərəkə bilər.
Döllənmədən (2ci həftə ilə 3-cü həftə aralarında götürülür) sonra 21-23cü günlərdə embrionun boyu 1.5-3 mm ə qədər olmuşdur. Bu dövrdə çox sürətli bir böyümə və dəyişmə olur. Göz və qulaq qaralamaları meydana gəlmişdir. Kəllə və baş meydana gəlməyə başlayır. S şəklində bir balon meydana gəlir. Bu asimmetrik meydana gəlmə primitiv ürəkdir və bu dövrdə döyünməyə başlar. Ancaq damarlar tam mənası ilə inkişaf etmədiyindən tam bir dövran olmaz.
27ci günün sonunda embrionun boyu 5 mm ə qədər olur.

7. Hamiləlikdə yeddinci həftə

Təxminən 49-cu gün ( döllənmədən sonra 28ci gün)
Siz hələ çöldən bir şey fərq etməsəniz də embrionunuzda fəaliyyət davam etməkdədir. Bu həftənin sonunda körpənizin boyu bir noxud dənəsi qədər olacaq. Əgər bir kamera ilə baxa bilmək mümkün olsaydı bu "noxudun" təpə qisminə diqqət yetirdiyinizdə iki kiçik qara nöqtəciyi fərq edə biləcəkdiniz. Primitiv bir ağız və dil də hiss edilə bilər. Bu həftədə qol və qıç tumurcuqları meydana gəlməyə başlayır. İncə bir təbəqə halında dəri meydana çıxır. Limfatik sistem ilk dəfə meydana gəlməyə başlayır. Artıq qan dövranı başlamışdır. Hələlik iki hissədən ibarət olan ürək dəqiqədə 150 dəfə vurmaqdadır. Doppler ultrasion ilə körpənizin ürək atımını həkiminiz sizə dinlədə bilər. Ağciyər inkişafı davam etməkdədir. Öd kisəsi, mədə, bağırsaqlar və mədəaltı vəzi inkişafını davam etdirir.
Çöldən hamilə olduğunuzu fərq etdirəcək heç bir dəyişmə yoxdur. Bu dövrdə çəkinizdə 1-2 kilo alına bilər ya da verilə bilər. Hər iki vəziyyət də normaldır. Hamiləliyin erkən əlamətləri yavaş-yavaş azalmağa başlayır, buna qarşı bulantı və qusmalar arta bilər. Bu şikayətlər xüsusilə səhər erkən saatlarında daha çox olur.

8. Hamiləliyin səkkizinci həftəsi

Təxminən 56-cı gün (döllənmədən sonra 35-ci gün)
hamilə qadınTerminoloji baxımdan körpəniz hələ daha embrion olaraq adlandırılmaqdadır. Bunun səbəbi alt qismində quyruğa bənzər bir çıxıntının olmasıdır. İnkişaf etməkdə olan körpənizdə kiçilən tək hissə bu çıxıntıdır. Digər hissələr isə sürətlə böyüməyə davam etməkdədir. Xüsusilə beyin və baş sürətlə böyüməyə davam edir. Göz qapaqları qıvrım şəklində ayırd edilə bilər. Alt çənə nəzərə çarpmağa başlayır. Onurğa iliyi inkişafını davam etdirir. Diş ətlərinin altında dişlər inkişafını başlayır. Yemək borusu nəfəs borusundan ayrılır. Ürək içində qapaqcıqlar seçilməyə başlayır. Ürəyin 4 kamerası ayırd edile bilir. Ağciyərlər yemək borusunun iki yanında iştirak edirlər. Böyrək meydana gəlməyə başlayır. Qollar silindirik şəkildə uzanmağa başlarkən uclarında əl barmaqları meydana çıxmağa başlar. Yenə qollar qıvrımlanar. Bu qıvrım gələcəkdəki dirsəkdir.

Hələ də özünüzü hamilə kimi hiss etmirsinizmi? Əhəmiyyətli deyil. Önünüzdə daha çox zaman və yaşanacaq şey var. Məsələn, hamiləlik əvvəlində bağlı bir yumruq qədər olan uşaqlığınız artıq hardasa portağal qədər oldu belə. Uşaqliqdakı bu böyümələr sizdə zaman zaman hiss edəcəyiniz hala gələcək. Bu vaxt özünüzü yetkinlik dövründəki kimi hiss edə bilərsiniz. Çünki hormonal dəyişmələrə bağlı olaraq dəri dəyişiklikləri baş verməyə başlayacaq. Yağlı dəri və sızanaqlar bunun ən tipik göstəriciləridir. Psixoloji vəziyyətiniz yavaş-yavaş düzəlməyə başlayır və hamiləlik qəbul edilir. Artıq hamiləliyə alışmağa başlayırsınız.

9. Hamiləlikdə doqquzuncu həftə

Təxminən 63-cü gün (döllənmədən sonra 42-ci gün)
Embrionun quyruğu itmişdir. Qığırdaq və sümük toxumaları meydana gəlməyə başlamışdır. Ağız boşluğu meydana gəlməsi görülə bilər. Qulaq seyvanı seçilir. Göz qapaqları seçilə bilər. Burun dəlikləri meydana çıxır. Qoxu hissini yaradan sinir meydana gəlir. Yemək borusu uzanır və ürəkdən çıxan qan iki ayrı istiqamətdə nasosla vurulmağa başlayır. Məmə ucları diqqətə çarpandır. Nazik bağırsaqlar uzanır, böyrək meydana gəlməsi tamamlanır və ilk dəfə sidik çıxmağa başlayır. Primitiv cinsiyyət hüceyrələri meydana gəlməyə başlayır. Xarici cinsiyyət orqanlarının seçilməsi başlamışdır. Ancaq hələ daha qız ya da kişi olduğu bəlli deyil. Əl və dirsək diqqətə çarpır. Körpə içində üzdüyü suyun içində yüngül yüngül hərəkət etməyə başlayır.
Sizdə isə artıq ikinci aybaşı da gecikmişdir. Diqqətə çarpan bir çəki artımı olmasa da məmələr böyüyür və dolğun və həssas olurlar. Bu dövrdə gündəlik kalori ehtiyacınız təxminən 300 kalori artmışdır. Kafi kalsium ala bilmək üçün bol bol süd içməlisiniz. Əgər süd içməyi sevmirsizsə xüsusi dərmanlar ya da daha yaxşısı yağsız pendir kimi süd məhsulları qəbul edə bilərsiniz.

10. Hamiləlikdə 10-cu həftə

Təxminən 70-ci gün (döllənmədən 49-cu gün)
Döllənmədən 47-48 gün sonra ilk dəfə beyin dalğaları çıxarılmağa başlayır. Baş dik vəziyyətdədir və iç qulaqda tarazlığı təmin edən qismlər inkişaf edir. Dodaqların inkişafı tamamlanır. Gözlər bağlıdır. Ürək inkişafını böyük ölçüdə tamamlayır. Ayaq diqqətə çarpır. Ayaq barmaqları və dırnaqları müəyyən olur. Əzələlər güc qazanmağa başlayır. Qız körpələrdə klitor,kişi körpələrdə isə penis inkişaf edir. Bütün oynaqlar və əzələlərin meydana gəlməsi tamamlandığı üçün körpə artıq su kisəsi içində hərəkət etməyə başlayır, ancaq bu hərəkətlər sizin hiss etməniz üçün kifayət deyildir. Bu həftənin sonunda körpənizin orqan inkişafı dövrü tamamlanmışdır. Hamiləliyin geri qalan qisimində bu orqanların yetişkinləşməsi olacaq.
Bu dövrlərdə analığa namizədlərdə bir sıra əhval dəyişikləri meydana çıxır. Bəzən özünüzü çox xoşbəxt hiss edir, bəzən isə kövrək olursunuz. Bu çox normal bir vəziyyətdir. Həm inkişaf edən körpənizin dişləri həm də öz diş ətlərinizin sağlamlığı üçün kifayət qədər flüor qəbul etdiyinizdən əmin olmalısınız. Qan həcminiz artdığı üçün dərinizə yaxın damarlarda tündləşmələr fərq edə bilərsiniz. Bu vəziyyət xüsusilə qıçlar və məmələrdə diqqətə çarpandır. Kilonuz da artıq artmağa başladı. Bulantı və qusmalarınızın azalmağa başlaması bu dövrlərdə gözlənilə bilər.

11. Hamiləliyin 11-ci həftəsi

Təxminən 77-ci gün (döllənmədən 56 gün sonra)
Bu həftədən başlayaraq artıq içinizdəki körpəniz embrion olaraq adlandırılmır. O artıq böyük bir döl və boyu təxminən 3 santimetrdir. Hamiləliyin ən kritik dövrü artıq sona çatdı. Bu həftədə beyin sürətlə böyüməsini davam etdirməkdədir və dölün boyunun yarısını baş tutmaqdadır. Dölün gözləri bağlıdır. Böyrəklərdə sidik istehsalı başlandığından dölün içində üzdüyü mayenin də miqdarı artmağa başlayır və bu həftədə təxminən 50 ml olur.
Sizdə isə bulantılar azaldığından iştəhada bir artım görülür.

12. Hamiləliyin 12-ci həftəsi

Təxminən 84-cü gün (döllənmədən 63 gün sonra)
Diş ətlərində 20 dişin də yerləri müəyyən olmuşdur. Üz insan görünüşündədir, ağız içində isə üst damaq birləşməyə başlamışdır. Dölün qırtlağında səs telləri meydana gəlməsi tamamlanır və nəzəri olaraq döl səs çıxara bilər. Qarın boşluğunda isə bağırsaqlar qarın içinə girmişdir və hərəkətləri başlamışdır. Qaraciyər öd işləməyə başlayır və sekresiyalanan öd öd kisəsində depolanır. Qalxanabənzər və mədəaltı vəzi inkişafını tamamlayır. Mədəaltı vəzidən insulin ifraz olunur. Hər iki cinsdə də xarici cinsiyyət orqanları inkişafını tamamlamamışdır, ancaq qızlarda böyük və kiçik dodaqlar, kişilərdə isə penis və xayalar diqqətli müşahidə ilə ayırd edilə bilər. Əllərdə və ayaqlarda dırnaqlar uzanmağa başlayır. Sinir sistemi bir az daha təkmilləşir və döldə reflekslər inkişaf edir. Bu dövrdə dəri olduqca həssasdır. sümüklərdən bəziləri sərtləşməyə başlamışdır. Bu həftənin sonunda uşaqlığınız kiçik çanaqdan qarın boşluğuna doğru böyüməyə başlayır. Artıq sidik kisəsi üzərinə təzyiq etmədiyindən tez-tez sidiyə çıxma istəyi bir qədər azalır. Bu vəziyyət son 3 aya qədər bu şəkildə davam edir. Bu həftələrdə başağrısı və başgicəllənmə şikayətlərinə sıx-sıx rast gəlinir. Düşük təhlükəsi çox böyük ölçüdə azalmışdır. Həkiminizin sizə bunu ifadə etməsi ilə hər gələcək anada olduğu kimi siz də psixoloji baxımdan rahatladığınızı hiss edəcəksiniz. Diş ətləri hamiləlikdən mənfi istiqamətdə təsirləndiyi üçün diş həkiminizlə görüşməyiniz tövsiyyə olunur.

13. Hamiləlikdə 13-cü həftə

Döl artıq getdikcə daha çox insana bənzəməkdədir. Gözlər başın yan tərəflərindən ortaya doğru sürüşməyə başlayır. Qulaqlar normal mövqesinə doğru hərəkətlənir. Çöldən baxıldığında körpənin cinsiyyəti asanlıqla müəyyən oluna bilər. Ancaq USM cinsiyyət ayırdı üçün hələ erkəndir. Keyfiyyətli cihazlarla bu həftədə də cinsiyyət təyin etmək mümkündür. Körpənin boyu bir az daha uzanır. Bu həftə ilk trimestrin son həftəsidir. Hamiləliyin yaratdığı şikayətlər heç qalmamışdır. Bu dövrdə çox yorulmamaq və mümkün olduğunca istirahət etmək lazımdır. Uşaqlıq böyüdükcə gərilir və ətrafını örtən və onu yerində tutan pərdələri də gərir. Bu yüngül bir qasıq ağrısı şəklində qəbul edilə bilər. Bu vəziyyət keçicidir və əhəmiyyətli deyil. Hər şeyə təsir edən hormonlar dəridə də dəyişikliklərə səbəb olurlar. Xüsusilə üz və boyunda ləkələnmələr ola bilər. Buna hamiləlik maskası adı verirlər. Keçici bir vəziyyətdir və doğumdan sonra düzəlir. Artıq qarnınız böyüməyə başlamışdır. Köhnədən olan paltarlar dar gəlməyə başlaya bilir. Hamilə paltarları almağın vaxtı gəlmişdir.

14. Hamiləliyin 14-cü həftəsi

Hamiləliyin ən rahat dövrü olan ikinci trimestrə başlayır. Artıq körpəniz tamamilə bir insan görünüşündə. Əzələlərdəki güc inkişafına bağlı olaraq başı önə əyik deyil. Zaman zaman başını dik tuta bilir. Həkiminiz USM ilə araşdırarkən sizə körpənizin əl yellədiyini göstərəcək. Bəli körpəniz artıq əllərini istifadə edə bilir. Hərçənd bu tamamilə refleks bir hərəkətdir, amma olsun. Sizə ilk dəfə salam deməsi xoş bir duyğu deyilmi? Bu vaxt körpəniz artıq digərlərindən tamamilə fərqlidir. Çünki artıq ona heç dəyişmədən ömürünün sonuna qədər yoldaşlıq edəcək olan barmaq izi var! . ..

Bu anda təxminən 25 qram ağırlığında və 10 santimetr boyunda. Artıq bütün qida və oksigenini plasentası köməyilə sizdən götürür. Plasentanın tamamlanması ilə sizdəki yuxu və yorğunluq halı da ortadan qalxacaq. Çöldən insanlar əgər kifayət qədər diqqət yetirsələr hamilə olduğunuzu anlaya bilərlər. Progesteron hormonunun təsiri ilə bütün düz əzələlərinizdə boşalma meydana gəlmişdir. Bu bel ağrıları, qəbizlik və arterial təzyiqdə yüngül düşmə olaraq sizə əks oluna bilar. Bulantılar keçmişdir, amma yenə progesteronun boşaldıcı təsiri ilə qıcqırma hissi ola bilər. Bulantılar keçdiyi üçün qidalanmanız düzəlir, enerjiniz artır. Bir çox qadınlar hamiləliyin bu dövründə itirdiyi cinsi hisslərinə yenidən qovuşar. Bu xoş bir vəziyyətdir. Unutmayın, hər hansı bir kompleks yoxdursa hamiləlikdə seks qadağan deyil.

15. Hamiləlikdə 15-ci həftə

Bu həftənin sürpriz xəbəri: Körpənizin saçı çıxır. İnkişaf etməkdə olan körpənin başı üzərində incə və ipək tüklər meydana çıxmağa başlayır. Bu primitiv saçlar doğumda itirlər. İkinci əhəmiyyətli xəbər isə körpənizin barmağını əmməyə başlamasıdır. USM altında körpənin barmağını ağızına götürüb əmdiyini həkiminiz sizə göstərəcək. Qorxmayın, bu doğumdan sonra körpənin barmaq əmmə vərdişi olacağını göstərməz. Yalnız ana qarınındakı bir refleksdir. Hər körpə ana qarnında barmaq əmər deyə bir qayda da yoxdur, amma USM araşdırmaları əsnasında tez-tez rast gəldiyimiz bir vəziyyətdir. Bu dövrdə körpənin dərisi olduqca incədir və dəri altında damarlar görülə bilər. Bu dövrə çatıldığında qarnınız olduqca böyümüşdür. Əlinizi qarınınıza apardığınızda uşaqlığınızı top kimi hiss edə bilərsiniz. Məmələrdən xalq arasında "ağız" deyilən maye gələ bilər. Bu normal bir vəziyyətdir.

16 Hamiləlikdə 16-cı həftə

Bu həftədə gözlər və qulaqlar körpə doğulduğunda tapılacaqları son mövqelərinə gəlirlər. Göz qırpma kimi sadə reflekslər inkişafa başlayır. Bənzər şəkildə qulaqlar da son mövqelərini götürürlər. Bağırsaqlarda mekonyum adı verilən nəcis yığılmağa başlamışdır. Bu nəcis dölün udduğu dölyanı mayedən, tökülən hüceyrələr və həzm sistemi sekresiyalarından meydana gəlir. Diş pastası kimi həlməşik, tünd rəngli bir quruluşdur. Qan dövranı sistemi tam mənası ilə fonkisional olmuşdur. 120 qram olan körpə ovucunuza sığacaq qədər böyümüşdür. USM altında körpənin hıçqırdığı müəyyən oluna bilər. Bu tənəffüsün başlama işarələrindən biridir.

Bu həftənin digər bir xəbəri də körpədəki işıq refleksinin ortaya çıxışıdır. Artıq bəbəyiniz nəzəri olaraq işığa reaksiya verə bilər. Bu həftə hər baxımdan olduqca əhəmiyyətlidir. Bir dəfə ana və ata olmağa namizədlərin ən çox maraqlandıqları mövzuların başında bəlkə də ilk sırada gələn körpənin cinsiyyəti bu həftədə açıqlığa qovuşur. Yaxşı bir USM cihazı və təcrübəli bir göz 16cı həftədə körpənin cinsiyyətini çox böyük bir ehtimalla təyin edər. Bəzi vəziyyətlərdə 12-14cü həftələrdə də cinsiyyət görülə bilər, ya da hamiləliyin son dövrlərinə qədər heç görülməyə bilər, lakin bu çox nadir bir vəziyyətdir. Bu həftələrdə körpənin cinsiyyətinin müəyyən olunması həkimin təcrübəsinə bağlıdır. Bu həftədə Daun sindromu baxımından son dərəcə əhəmiyyətli olan test edilə bilər. Bu test üçün ideal zaman aralığı 16-20ci həftələrdir. Təcrübəli ana olmağa namizədlər körpənin ilk hərəkətini bu həftədə hiss edə bilərlər. Ancaq hərəkətin hiss edilməməsi anormal bir vəziyyət olduğu mənasını verməz. İlk hamiləliyini yaşayanlarda bu 20 həftə ətrafında reallaşır.

17. Hamiləliyin 17-ci həftəsi

On yeddinci həftə çatdığında körpənin dəri altındakı piy anbarları yavaş yavaş dolmağa başlayır. Bu körpənizin sürətli böyümə mərhələsinə girdiyinin əlamətidir. Böyüməyə bağlı olaraq sizin də kilo artımınız bir qədər sürətlənəcək. Bu gələn həftəyə qədər 2-4 kilo arasında artırmanız normaldır. Körpənin bütün orqan sistemləri funksionaldır. Ayrıca içində üzdüyü mayesini ağciyərlərinə çəkməkdə və geri verməkdədir. Bu primitiv tənəffüs sayıla bilər. Körpənin doğum sonrası normal nəfəs alıb verməsini təmin edəcək sistemlərin yetişkinləşməsi üçün lazımlıdır. Ürəyi isə davamlı olaraq qanı nasosla vurmaqdadır.

İnanması çətin ola bilər, amma körpənizin ürəyi onun bədəninə gündə təxminən 25-30 litr qan vurur. Siz də qarnınızı əlləyərək uşaqlığınızın çatdığı ölçünü hiss edə bilərsiniz. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyindən 3-4 barmaq aşağıda olur. Bir çox ana olmağa namizədlər bu həftələrdə körpələri üçün narahatlıq duymağa başlayırlar. Doğumun necə olacağı, körpənin sağlam olub olmayacağı narahatlıqları bu həftələrdə geniş yayılır. Ediləcək olan Daun testi bu narahatlıqları bir az azalda bilər. Hələ daha harada doğum edəcəyiniz və doğumu qəbul edəcək həkim haqqında qərar verə bilmədinizsə bu həftə bunun üçün yaxşı bir dövrdür.

18. Hamiləliyin 18-ci həftəsi

Bu ana qədər hər şey yolunda gedir. Kiçik körpənizin sümüklərinin böyük bir qismi hələ daha rezin sərtliyində ancaq getdikcə sərtləşir və doğumdakı halını alır. Kafi kalsium qəbuluna laqeyd yanaşmamanız sümük yetişkinləşməsi üçün çox əhəmiyyətlidir. Ana qarnındakı körpənin oyanıq olma və uyğunlaşma periodları vardır. Körpə özünə uyğun və sevdiyi bir yuxu mövqesi seçə bilər və yuxu dövründə bu mövqeni ala bilər. Gözlərin üzərində qaşlar ortaya çıxmağa başlayır.

Qız körpələrdə inkişaf edən yumurtalıqlarda primitiv yumurta hüceyrələri meydana çıxır. Bunlar daha sonra həyatı boyunca sahib olacağı və menopauzaya (Fizioloji olaraq aybaşının qadının yaşlanması ilə əlaqədar kəsilməsi) qədər hər aybaşı dövründə iştirak edəcəkləri yumurta hüceyrələrinə çevriləcəklər. Qız körpələrdə uşaqlıq tam meydana gəlmişdir.

Kişi körpələrdə isə prostat vəzi inkişafını tamamlayır. Dəri altında qəhvəyi rengdə piy istehsal edən toxuma meydana gəlir. Dərini örtən krem şəklindəki maddə izlənilə bilər. Plasenta inkişafını tamamlamışdır və bu həftədən sonra qalınlığı artmır, yalnız diametri böyüyür. Çöldən baxıldığında qadının hamilə olduğu artıq çox rahat aydın ola bilər. Körpə hərəkətlərinin çoxu ana tərəfindən hiss edilə bilər. Əgər hələ daha hiss etmədinizsə narahatlanmayın, 1-2 həftə daha çəkə bilər.

19. Hamiləliyin 19-cu həftəsi

Əgər hələ də hamiləliyinizi həftə olaraq deyil, ay olaraq hesablayırsınızsa bu həftədən etibarən beşinci ayınıza girdiyinizi söyləyə bilərsiniz. Köhnə paltarlarınızın heç birinin sizə olmadığını hiss edəcəksiniz. Hamilə paltarlarının hər qadına çox yaraşdığını unutmayın. Fərq edəcəyiniz başqa bir dəyişiklik isə məmələrinizdəki qəhvəyi sahənin getdikcə böyüməyə başlamasıdır. Areola adı verilən bu bölgə məmənin yarısını örtə bilər. Bu normal bir vəziyyətdir və doğumdan sonra on ikinci aya qədər davam edə bilər.

Bir çox işdə çalışan hamilə qadınlar günorta aralarında yarım saata qədər piyada gəzməyin özlərinə çox yaxşı təsir bağışladığını söyləyirlər. Siz də bunu təcrübədə yoxlaya bilərsiniz. Gəzmək həm bəbəyiniz həm də psixoloji vəziyyətiniz üçün faydalıdır. İçinizdə nələr olduğuna baxacaq olsaq, körpənizin bədəni kreməbənzər bir maddə ilə örtülmüşdür. Onun həssas dərisini uzun müddət suda qalmanın təsirlərindən qoruyacaq olan bu maddənin çox böyük rolu vardır. USM də isə körpənizin davamlı hərəkət halında olduğunu görə bilərsiniz. Bu hərəkətləri bir çox qadınlar ilk əvvəllər içində sanki bir kəpənəyin qanad çırpmasına bənzədirlər. Çox təəssüf ki hələ yoldaşınız sizin bu həyəcanınıza ortaq ola bilməyəcək. Çünki hərəkətlər hələ çöldən əllə hiss edilə biləcək qədər qüvvətli deyil.

20. Hamiləliyin 20-ci həftəsi

Təbriklər. Hamiləlik macəranızın tam ortasındasınız. Körpə ana qarınındakı həyatının yarısını tamamladı. Bu həftədə doğumdan sonra 5 yaşına qədər davam edəcək olan sürətli beyin yetişkinləşməsi başlayır. Körpənin qoxu, dad, eşitmə, görmə və toxunma duyğuları aktiv olmağa başlayır. Qaşlar və saçlar yaxşı nəzərə çarpırlar. Döl tez-tez gözünü qırpır. Tüklər bütün bədənini örtür, lakin sıx olaraq üz və boyun ətrafında toplanır. Ürək atmaları sürətlənir. Kişi körpədəki xayalar qarın boşluğundan torbalara doğru enməyə başlayır.

Əgər körpəniz bir qız isə yumurtalıqlarında tam 6 milyon yumurta hüceyrəsi vardır. Bundan sonra yeni yumurta hüceyrəsi inkişaf etmir. Mövcud olanların isə sayı gedərək azalır və doğumda təxminən 1 milyona enir. Körpənin hərəkətləri də sürətlənir və qüvvətlənir. Körpənin ağırlığı təxminən 250-450 qram arasındadır. Bu həftədən sonra hamiləliyin sona çatmasını düşük olaraq deyil erkən doğum olaraq adlandırılar. Körpənin bütün orqanlarının və ürəyinin qiymətləndirildiyi ikinci səviyyə USM üçün ideal zaman 20ci həftədir. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyi xəttinə qədər böyümüşdür. Bu dövrdən sonra 38ci həftəyə qədər hər həftə təxminən 1 santimetr yüksəlir. 38ci həftədən sonra isə körpənin doğum kanalına doğru enməsi səbəbi ilə uşaqlığın təpə nöqtəsi də aşağıya enməyə başlayır. Orta hətta göbək dəliyi ilə qasıq arasında tünd ləkə meydana çıxmağa başlayır. Buna linea nigra adı verilər və doğumdan sonra itir. Bu həftədən sonra hamiləlik „çatları" (göbək ətrafında ləkələr) görülə bilir. Körpənin hərəkətləri rahatca hiss edilə bilər. Normalda bir körpə saatda ən azı 2 dəfə hərəkət etməlidir. Ancaq bu ədəd gerçəkdə çox daha çox olmasına baxmayaraq yalnız kifayət qədər güclü olan hərəkətlər ana olmağa namizəd tərəfindən hiss edilə bilər.

Ailə və Uşaq     Baxılıb: 6627   Tarix: 08 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

turlar.az

sonxeber.az geyim və ayaqqabılar qadın geyimi gelinlikler salatların bəzədilməsi ilk tibbi yardım ev dekorasiyası zorlama kosmetika pomidor kondom nedir burcler baldiz sevgi