Hamiləlikdə dişə qulluq necə olmalıdır? – Həkim tövsiyəsi

Hamiləlikdə dişə qulluq necə olmalıdır? – Həkim tövsiyəsiHamiləlik dövründə bədəndəki estrogen və progesteron hormonlarının artması ilə dişlərdə çürümə və iltihab yarana bilər.
Dişlərə düzgün qulluq etdikdə hamiləlik dövründə də diş sağlamlığını qorumaq mümkündür. Türkiyəli diş həkimi Çağdaş Kışlaroğlu hamiləlik müddətində diş sağlamlığı ilə əlaqədar xanımlarım diqqət etməli olduqları məqamlardan danışıb. Mütəxəssisin məsləhətləri ilə sizi də tanış edirik.
Hamiləlikdə tez-tez qidalanan qadınlar diş qulluğuna laqeyd yanaşırlar. Bu isə diş sağlamlığında ciddi problemlərə səbəb olur. Bununla yanaşı, hamiləlikdə baş verən qusma halları zamanı ağıza gələn mədə turşusu da dişlərə zərər verir. Odur ki, ağız və diş qulluğuna diqqət göstərmək lazımdır: "Daimi diş müayinəsi, diş fırçalamaq və diş ipi istifadə etmək diş itkinlərinin qarşısını almaqda böyük əhəmiyyət daşıyır. Hamiləlikdə yarana biləcək diş problemlərinin müalicəsində istifadə edilən dərmanlar və diaqnoz üsulları qadınları narahat edə bilər. Buna görə də istehsalçı firmaların xəbərdarlıqlarına diqqətlə yanaşmaq lazımdır".
Həkim deyir ki, rentgen müayinəsi vacib deyilsə, edilməməlidir. Əgər təcili diş müalicəsi təyin olunmalıdırsa, qadına önlük geyindirilməli və rentgen sürətli çəkilməlidir. Mütəxəssis bununla yanaşı müalicədə aşağı doza tətbiq edilməsini vurğulayır. Körpənin orqanlarının inkişafının sürətlə getdiyi hamiləliyin ilk 3 ayında dental müalicələrdən qaçmaq lazımdır: "Diş ağrısı şiddətli olduğu hallarda, körpə və ananın sağlamlığı üçün stomatoloq və ginekoloqun işbirliyi olmalıdır. Bu əməkdaşlıq yarana biləcək problemlərin qarşısını almaq üçün faydalı olar. Hamiləliyin 4 və 6-cı ayında diş müalicələrinin tətbiq olunması ən doğru zamandır. Bu dövrdə kanal müalicəsi, diş çəkilməsi, plomb kimi təxirə salınması mümkün olmayan əməliyyatlar rahatlıqla tətbiq oluna bilər. Hamiləliyin son 3-cü ayında erkən doğuş riski yaşana biləcəyi üçün təcili olmayan dental müalicələrdən başqa hər hansı bir əməliyyat tətbiq olunmamalıdır".
Hamiləlikdə dişə qulluq necə olmalıdır?
Qadınlar hamiləlik zamanı ağız və diş sağlamlığına normal dövrlərdən daha çox diqqət göstərməlidirlər. Bu baxımdan həkimin məsləhətləri:
- Hamiləlik əsnasında ortaya çıxan hormon artımı xarici faktorlara, xüsusilə bakteriyalara qarşı daha həssaslıq yaradır. Bunun üçün gündəlik ağız və diş qulluğuna laqeyd yanaşmaq olmaz.
- Qadınlar hamiləlikdən əvvəl tam ağız müayinəsindən keçməlidirlər. Ağız gigiyenasının qayğısına qalmaq üçün bu, vacib addımdır.
- Hamilələr gündə ən az iki dəfə diş fırçalamalı və diş ipi istifadə etməlidirlər.
- Hamiləlikdə ağız qarqaraları və ya ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatladır və diş əti həssaslığını azaldır.
Aile.lent.az

Xəbərlər     Baxılıb: 2505   Tarix: 27 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

geymler 2026 aksessuarlar hamilelikde qidalanma bürc uyğunluğu badimcan murebbesi qış geyimləri hakista kosmetika qaynanaya aid ana haqqinda bayati babasil sevda anabaci