Hamiləlikdə qidalanma və çox yaşanan problemlər

Hamiləlikdə qidalanma və çox yaşanan problemlərƏziz xanımlarımız, bu dəfəki yazımda hamiləlikdə çox yaşanan problemlər haqqında yazacam.

Hamiləlikdə ürək bulanması və qusmalar:

Hamiləliyin erkən dövrlərində ürək bulanması və qusmalar ola bilər. Analığa namizədlər bəzən saatlarla yemək yeyir, ya da müəyyən qoxuları (siqaret tüstüsü, havasız otaq və bişirilən müxtəlif yeməklərin iyi kimi) hiss etdiklərin zaman ürək bulanması və iyrənmə hiss edə bilərlər.

Ürək bulanması və iyrənmə nə anormal bir əlamət, nə də bəzən düşünüldüyü kimi körpənin şüur altı tərəfindən rədd edilməsidir. Ehtimal olunur ki, hamiləlik ərəfəsində yüksələn bəzi hormonların (HCG kimi) normadan çox olmasına qarşı analığa namizədin həssas olması ilə əlaqədar meydana gələn bir vəziyyətdir.

Mədə yanması:

Mədədə ağırlıq və mədə turşusunun mədədən yemək borusuna keçməsi səbəbi ilə hiss edilən mədə yanması xüsusilə, hamiləliyin sonlarına doğru yaşanan əsas şikayətlərdəndir. Mədə ilə yemək borusu arasında möhkəm bağlı olan və aşağıdan yuxarı maye və qatı maddə keçməsinə icazə verməyən bir sfinkter (qapaq) mövcuddur. Hamiləlikdə bütün düz əzələlərinin təsiri ilə yaranan fizioloji boşalma bu qapağın da boşalmasına səbəb olur. Qapaqdan mədə turşusu yemək borusuna çıxdığı zaman bu hissədə mədə yanması olur. Böyüyən uşaqlığın mədəyə təzyiq etməsi və xüsusilə, mədənin dolu olduğu zamanlarda mədə hissəsini yuxarıya doğru itələməsi də bu turşu keçimini asanlaşdırır.

Mədə yanmasının olmaması üçün görülməsi lazım olan ilk tədbir yemək yedikdən sonra müəyyən bir müddət yatağa uzanmamaqdır. Uzansanız belə, başı bədənə görə yüksəkdə tutmaq üçün yastıqdan istifadə etmək bu şikayətin ortaya çıxmasının qarşısını alar, ya da azaldar. Əlavə olaraq analığa namizədlər mədələrini çox dolduracaq şəkildə yemək yeməməlidir. Yağlı, ya da qaz yarada bilən, mədə yandırıcı yeməklərdən uzaq dayanılmalıdır.

Ailə və Uşaq     Baxılıb: 5185   Tarix: 23 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura