Hamiləlikdə yaşanan ağrıların qarşısını almaq üçün bunları edin
Xanim.az hamiləlik zamanı yaşanan ağrıların qarşısını almağın üsulları ilə sizi tanış edir.
Baş Ağrısı
Hamiləlikdə baş ağrısı sıx rast gəlinən bir problemdir. Buna səbəb təzyiq, miqren, gözdə olan problem ola bilər. Açlık ,yuxusuzluq,isti və ya soyuq hava, bədənin susuz qalması da bunlara səbəb ola bilərş. Bunun üçün yeməkdən sonra səssiz bir otaqda dinlenib,təmiz havada bir az gəzsəniz ağrınız zəifləyə bilər.
Diş Ağrısı
Hamiləlikdə diş ağrısını yaşamamaq üçün,hamilə qalmağı düşünən xanımlar bu problemi öncədən həll etməlidirlər. Lakin,hamiləlikdə dişinizlə bağlı problem yaşayırsınızsa bunun çarəsini həll etmək hamiləliyin ilk üç ayı bitdikdən sonra diş həkiminə müraciət edə bilərsiniz.
Qarın-Qasıq Ağrısı
Hamiləlik irəlilədikcə təzyiqə bağlı qarın və qasıq bölgəsində ağrılara çox tez rast gəlinir. Bu ağrılar ilə baş etmək üçün istirahət etmək, bol su içmək, ilıq duş almaq və ya şüşəyə ilıq su qoyaraq qasıq nahiyəsinə qoymaq, ağrılı dövrlərdə cinsi əlaqədən çəkinmək lazımdır. Bu tədbirlərə baxmayaraq, sakitləşməyən ağrılarda həkim nəzarətində ağrı kəsici istifadə edilə bilər. Ağrı kəsiciyə cavab vermədiyi hallarda altda yatan bir problem olub olmamasının müəyyən edilməsi üçün həkim nəzarəti şərtdir.
Bel Ağrısı
Hamiləlik həftəsi getdikcə körpə ağırlaşır və bədənin ağırlıq mərkəzi yerini dəyişir. Bu mövqe dəyişikliyi səbəbilə bel və kürək ağrıları artır. Ayaqda qaldıqda artan bu ağrılarda ilk ediləcək şey uzanmaqdır. Ağrılı nahiyəni yumşaq hərəkətlərlə ovsaq ağrının azalmasına kömək olacaq
f Paylaş








Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?