Hamiləlikdə yuxu problemləri

Hamiləlikdə yuxu problemlərihamiləlikdə yuxu problemləri
Yorğunluq​​ və yuxu baxımdan üçüncü trimester çətin ola bilər. Uşaq gözləyən anaların gecələr oyanması (sadəcə sidiyə çıxmaq istəyinə görə yox) ümumidir. Bədəniniz sizi oyandıran ağrılar hiss edə bilər. Uşağı daşımağınız sizi duruşunuzu dəyişməyə məcbur edə bilər və sizdə aşağı bel ağrısı yarana bilər. Oynaqlarınızın əzələləri doğuma hazırlıq olaraq yumşala və bu narahatçılıq yarada bilər, xüsusən çanaq sahəsində.
Siz xoruldadığınızı və ya daha tez-tez xoruldadığınızı görə bilərsiniz, çünki burun kanalları şişir və tənəffüs çətinləşir. Əgər siz ağır xoruldadığınızı hiss edirsinizsə, həkiminizlə məsləhətləşin, çünki bu düzgün tənəffüsə mane ola bilər. Siz ayağınızdakı sancılar və ya Narahat Ayaq Sindromu adlanan sizdən asılı olmayan hərəkətlər səbəbindən oyana bilərsiniz. Bu mikroqidalandırıcıların balanssızlığı səbəbindən olduğu hesab olunur və doğumdan sonra keçir.

Yuxu azlığı sizi soyuqdəyməyə, xəstəliyə və depresiyaya qarşı daha həssas edir. Buna görə də, hamiləlik zamanı yuxu azlığının öhdəsindən gəlmək üçün məlumatları oxuyun.

Hamiləlik zamanı yuxulama üsulları
Hətta hamilə olmayarkən belə yaxşı gecə yuxusu almaq üçün 100%-lik üsul yoxdur. Lakin bir çox qadın üçün işə yarayan, yoxlanılmış və sınaqdan keçmiş üsullar var. Hamilə olarkən daha yaxşı yuxulamaq üçün aşağıdakı məsləhətlərdən istifadə edin.
Sol böyrü üstə yatın. Bu dölə və sizin uşaqlıq və böyrəklərinizə qan axışına imkan yaradır. Uzun müddətə arxası üstə uzanmayın.
Arxanızı və ayaqlarınızı dəstəkləmək üçün hamiləlik balışları istifadə etməyə çalışın.
Əgər sizdə ayaq sancıları varsa, qazlı içkilərdən uzaq durun.
Əgər yata bilmirsinizsə, yataqda özünüzü yatmağa məcbur edərək uzanmayın. Qalxın və kitab oxuyun, jurnalda yazın və ya isti vanna qəbul edin.
Əgər ayağınızda sancılar olarsa, ayağınızı düzləşdirin və yuxarı doğru qaldırın. Rahatlaşın.
Müntəzəm oyanma və yuxulama saatlarına uyğun gedin. Bu sizin bədən saatınızı tənzimləyəcək və bədəninizi müəyyən vaxtlarda yatmağa və oyanmağa öyrədəcək. Hamiləlik zamanı, bir çox insanın tələb etdiyi adi 7-9 saatlıq yuxudan daha artıq müddətə yuxulamaq istəyə bilərsiniz.
Kafein qəbul etməyi azaldın. Həddindən artıq çox kafein yuxuya təsir edir və buna görə də, səhər və ya ən geci günorta kafein qəbulunuzu azaltmaq yaxşı olardı. Yuxu vaxtına yaxın çoxlu yemək və ya içki qəbul etməyin. Bir çox qadın axşam yeməklərini günün ən az yeməyi edirlər ki, yuxu zamanı narahatlıq olmasın.
Yuxu vaxtına yaxın hər hansı gərgin idman etməyin. İsti vanna və ya qaynar içki kimi rahatlaşdırıcı bir şey edin.

Ailə və Uşaq     Baxılıb: 3294   Tarix: 12 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

toy makiyajlari yay kolleksiyasi yemek reseptleri dəridə səpkilər praktik gozalti maskalar hamilə qadın nə yeməli kosmetika tapmaca rus dilini öyrənək novruz bayramına aid hakıştalar bahar novruz bayramı haxışta