Hamiləliyin ağır fəsadının inkişafını 1 həftə əvvəl bilmək olar
Statistikaya görə, hamiləliyin axırıncı üçaylığında 2-5% qadınlarda ağır fəsad olan preeklampsiya inkişaf edir.
Preeklampsiyanın ağır formalarında qadında beyin qan dövranı kəskin pozulur ki, nəticədə qadın və körpə həlak ola bilər.
Preeklampsiyanı əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Preeklampsiya hətta tam sağlam qadında inkişaf edə bilər. Hər il bütün dünyada preeklampsiyanın ağırlaşmasından qadınlar və uşaqlar həlak olur.
Xarici mətbuatın məlumatına görə, Almaniya Şarite Universiteti alimləri xüsusi üsullarla preeklampsiyanın inkişafını 1 həftə əvvəl təyin edə biliblər.
Alimlər hamilə qadının qanında 2 xüsusi maddələrin (sLIt-1 və PIGF zülalların) səviyyəsini təyin edirlər. Bu zülalların səviyyəsinin dəyişilməsi preeklampsiyanın ilk simptomlarının inkişafından əvvəl onun yaxınlaşmasına işarə edir.
Hal hazırda yeni metodika 1000 hamilə qadının arasında test olunub və yaxşı nəticələr verib.
Gələcəkdə bu üsul geniş istifadə olunacaq. Alimlərin fikirnə görə, bu üsul preeklampsiyanın ağır fəsadlarının inkişafının qarşısını almağa imkan verəcək.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi