Hamilənin qripə yoluxma uşağa ziyandırmı?
Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansısa mənfi təsiri qeydə alınmayıb.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.
"Ananın sağlamlığına hər hansı təhlükə varsa, bu zaman uşaq üçün də təhlükə yaranır. Amma virusun özünün dölə hər hansı mənfi təsiri qeydə alınmayıb. Peyvənd də məhz bunun üçündür. Xüsusilə qış mövsümünə yeni girdiyimiz zaman hamilə qadınlar qrip əleyhinə peyvənddən istifadə etməlidirlər. Peyvənd vurulanda xəstəlik əlamətləri görünmür".
Həkim qeyd edib ki, ümumiyyətlə qripi evdə müalicə etməyə çalışan xəstələr nəticədə həkimlərə üz tuturlar, çünki vəziyyətləri ağırlaşır:
"Bəsit müalicə vasitələrindən istifadə etmək qripi sağaltmırsa, həkimsiz sistem, antibiotik müalicəsini gərəksiz yerə istifadə etməsinlər. Bu, sadəcə zaman itkisidir. Bu pasientə həm maddi olaraq, həm də sağlamlığı üçün zərərlidir. Belə olan halda həkimin xəstəni sağaltması üçün lazım olan müdaxiləsi də uzanır. Respirator infeksiyaların müalicəsində antibiotik istifadə etmirik. Sadəcə bol maye, aktiv həyat tərzi ilə bu virusdan sağala bilərik. 3 gün ərzində xəstəlik sağalmasa, bu zaman həkimə getsinlər".
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Məşhur müğənninin qardaşı saxlanıldı
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
Elşad Qarayevin vəsiyyəti nədir?
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram