Hansı bürclər gözəl ailə başçısı və ideal həyat yoldaşıdır?

Hansı bürclər gözəl ailə başçısı və ideal həyat yoldaşıdır?Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edir. Lakin kim qabaqcadan deyə bilər ki, yeni evlənən cütlüklərin ailə həyatı necə alınacaq, qarşıda onları nələr gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Ailə həyatının uzunömürlü və xoşbəxt olması üçün nə etmək lazımdır? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur.

Publika.az xəbər verir ki, nikahın möhkəm və uzunömürlü olmasını bürclərin xüsusiyyətlərinə əsasən müəyyən etmək olar.

Qoç
Qadın: Asan aşiq olur və tez soyuyursunuz. Amma həqiqətən vurulmusunuzsa, bu məhəbbət ömürboyu yaşayacaq. Siz həyat yoldaşınızı istənilən vəziyyətdə dəstəkləməyə hazırsınız. Qoç qadınları ilə ünsiyyətdə diqqətli olmaq lazımdır, çünki onlar hər xırda məsələdən inciyə bilər.

Kişi: Qoç kişilərini 30 yaşından sonra müdrik adlandırmaq olar. Bununla belə onlar çox cazibədar və hazırcavabdır. Onlar tez əsəbiləşib, tez coşsalar da, bu, heç də qorxulu deyil.

Buğa
Qadın: Bütün Buğa bürcləri yüngül xasiyyətlidir, eləcə də hər işdə cəlddir. O, yaxşı ev sahibəsi, qayğıkeş həyat yoldaşı olacaq. Özləri istəmədiyi halda onlardan boşanmaq mümkün deyil, çünki nikah onlar üçün vacib və müqəddəs anlayışdır.

Kişi: Bu kişilərə həmişə etibar etmək olar, nikah onlar üçün həmişə birinci yerdə danayır. Həyat yoldaşına sadiq olan Buğa kişiləri yaxşı ailə başçısıdır.

Əkizlər
Qadın: Əkizlər çox nəzakətli və ixtiraçıdır. Onlar üçün birinci yerdə həmişə məhəbbət və gözəllik gəlir. Qayğıkeş analar öz uşağına görə hər şeyini qurban verməyə hazırdır.

Kişi: Onlar "Məhəbbət oyunlarını" sevirlər. Əkizlərə bu işdə intellektləri kömək edir.

Xərçəng
Qadın: İdeal həyat yoldaşı və anadır. Onlar üçün həyat yoldaşından daha çox uşaqları birinci yerdə gəlir. Əla ev sahibəsi və ehtiraslı məşuqədirlər.

Kişi: Bu bürcdən olan kişilər belə hesab edir ki, sevgisiz həyatın mənası yoxdur. Onlar üçün ehtiras və duyğular hər şeydən üstündür. Bəzən həddindən artıq qənaətcil olurlar.

Şir
Qadın: Cəlbedici Şir bürcləri kulinariya sahəsində çox bacarıqlıdır, yataqda isə ehtiraslıdır. Amma kişilərdən tələbləri yüksəkdir.

Kişi: Romantik, amma özünə qarşı qeyd-şərtsiz diqqət və qayğı tələb edir. Hədiyyə etməyi sevir və bu işdə xəsislik etmirlər.

Qız
Qadın: Evdə təmizliyə və sağlamlığa həddindən artıq diqqət edirlər. Ağıllı Qız bürcləri hər məslədə rasionaldır.

Kişi: Olduqca ziddiyyətli, soyuq, amma sentimental olurlar. Tənqidə dözümləri yoxdur. Öz həyat yoldaşlarına hədsiz heyranlıq duyurlar.

Tərəzi
Qadın: Həssas və zərifdir. Günün hər saatı sevgi, diqqət və qayğı tələb edirlər. İstədiyini əldə edə bilməyəndə depressiyaya düşür, son dərəcə qısqancdırlar. Evdə rahatlıq və nizam-intizamın olması çox mühümdür.

Kişi: Qarşılıqlı sevgilər onları həddindən artıq xoşbəxt edir, lakin ideal münasibətlər üçün çox yüksək şərtlər qoyurlar.

Əqrəb
Qadın: Dinamik Əqrəblər yeknəsəq və monoton həyatı sevmir. Xəyanətləri bağışlamırlar, düz də edirlər. Ərinə və uşaqlarına qarşı çox sədaqətlidir.

Kişi: Bütün zodiak işarələri arasında ən ehtiraslısıdır. İdarə etməyi və əmr verməyi xoşlayan Əqrəblər üçün sevgi hər şeydir. Mülkiyyətçi və qısqancdırlar.

Oxatan
Qadın: Romantika və onun təzahürlərinə ən az meylli bürcdür. Onlar tərəfdaşı üçün ilk növbədə yaxşı dostdurlar. Qonaqpərvər Oxatanlar evdə sərbəstliyi, ev rahatlığını yüksək qiymətləndirirlər.

Kişi: Səmimi və çox mehriban insanlardır. Eyni zamanda, nümunəvi və gözəl atadırlar.

Oğlaq
Qadın: İşgüzar Oğlaqlar çox vəfalı həyat yoldaşıdır. Özünə qarşı çox tənqidi yanaşsa da, ünvanına səslənən tənqidlərə qarşı dözümlü deyil.

Kişi: Çox bacarıqlıdırlar, amma tənhalıqdan qorxurlar. Dadlı yemək hazırlaya bilirlər.

Dolça
Qadın: Həyat yoldaşının onun işlərinə müdaxilə etməsini xoşlamır. Gözəl ana və evdar xanımdır. Vaxtının böyük hissəsisini özünü inkişaf etdirməyə sərf edirlər.

Kişi: Xasiyyətcə idealistdirlər. Sevgidə çox sadiqdirlər. Sevdiyi insan üçün hər an güzəştə getməyə hazırdır.

Balıq
Qadın: Ərinə qarşı həmişə anlayışlıdır, bütün bürclərdən sədaqətlisi və ən fədakarıdır. Dadlı və ləzzətli yeməyi sevirlər, mətbəxdə də xeyli məharətlidirlər.

Kişi: Sevgi məsələsində çox tələbkardır. Heç vaxt diktə etmir və həyat toldaşlarını təhqir etmirlər. Romantik Balıq kişisi uşaqlarına və yoldaşlarına qarşı çox diqqətcildir.
publika.az

Maraqlı     Baxılıb: 7345   Tarix: 12 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

turlar.az

maskalar aksessuarlar qadin sayti sonsuzluq və onun müalicəsi çanta ayaqqabı mede tursusu təmizlik kosmetika haxisdalar statuslar şirin qoğal lakonizm faydalı maskalar