Hansı dərman koronavirusun fəsadlarını azalda bilər?
İngiltərənin Oksford Universitetində COVID-19-un erkən simptom diaqnozu ilə bağlı aparılan araşdırmanın nəticələrinə görə, astma dərmanının istifadəsi koronavirus üzərində təsirli ola bilər. Digər tərəfdən, xəstəliyin ağırlaşma riskini də azaltdığı təsbit edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, professor Mona Bafadhel və həmkarları koronavirus xəstəliyinin erkən dönəmində olan 146 nəfər üzərində araşdırma aparıb. Qrupun yarısı astma dərmanı ilə müalicə edilib, digər yarısına isə standart koronavirus müalicəsi yazılıb. Astma dərmanı ilə müalicə olunan qrupun COVID-19 simptomlarına qarşı daha sürətli nəticələr verdiyi məlum olub. Bafadhel bildirib ki, fövqəladə hallarda istifadə ediləcək dərman olmadığından, araşdırma gələcəyə dair böyük ümidlər vəd edir.
"Vaksinasiyanın aparılması müsbət haldır, lakin hazırda ağırlaşmalara mane olacaq dərman yoxdur. Steroid kimi nisbətən təhlükəsiz, geniş yayılmış və yaxşı öyrənilmiş bir dərmanın təsirli ola biləcəyinə ümid edirik", - ekspert qeyd edib.
Şimali Bristol Ağciyər Mərkəzi və Bristol Universitetinin baş müəllimi Ceyms Dod isə fikirlərini belə ifadə edib:
"Yaşlı qruplar da daxil olmaqla daha böyük bir tədqiqatda bu effektivlik səviyyəsi artarsa, COVID-19 diaqnozu qoyulmuş xəstələr üçün olduqca ümidverici, ucuz və təhlükəsiz dərman olacaq".
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz