Hansı fırçalar dişlər üçün təhlükəlidir?
ABŞ-ın tanınmış stomatoloqu Suheyl Mohiuddin bildirib ki, diş fırçalarından istifadə bəzən insan sağlamlığı üçün təhlükəli ola bilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, o, qeyd edib ki, diş fırçalarında tez-tez diş məcununun qalıqları, həmçinin qida hissəcikləri qalır. Bu isə sonda milyonlarla bakteriyanın yaranmasına gətirir.
"Bilirsinizmi ki, sizin diş fırçanız "tonlarla" mikrobu özündə saxlayır?", - diş həkimi deyib.
Mütəxəssis qeyd edib ki, dişlərin təmizlənilməsindən sonra fırçanın suda yuyulması zəruridir. O, bakteriyaların yaranmasına mane olmaq üçün hər gün diş fırçasını həmçinin sabunla yumağı da məsləhət görüb. Bundan sonra fırçanın hissələrini yenidən diqqətlə yumaq lazımdır.
Daha effektiv dezinfeksiya üçün diş fırçasını gecə tərkibində üç faizli hidrogen peroksidin olduğu suda saxlamaq yaxşıdır. Bundan başqa, effektli təmizləmə üsulu kimi fırça ağız boşluğu üçün nəzərdə tutulan antibakterial yuyucu məhlulda isladılmalıdır.
Sağlamlığı, o cümlədən dişləri qorumaq üçün eyni zamanda diş dırçalarını müntəzəm yeniləmək tövsiyə edilir.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları