Hansı hallarda COVID xəstələrinin qızdırmasını salmağa ehtiyac yoxdur? - Həkim açıqladı

Hansı hallarda COVID xəstələrinin qızdırmasını salmağa ehtiyac yoxdur? - Həkim açıqladı"Qızdırma necə dərəcəyə çatanda onu salmaq lazımdır" sualını versəm hərə bir rəqəm deyəcək. Amma bütün rəqəm cavabları hamısı yanlışdır. Çünki qızdırma insanın qoruyucu mexanizmidir, dostudur. Siz qızdırmanı salmaqla virusa kömək etmiş olursunuz, xəstəyə yox.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, bildirib ki, qızdırma salan dərmanlar xüsusi hallarda istifadə olunmalıdır:
"Bu tipli dərmanlar (parasetamol, ibuprofen, ketoprofen ve s) aşağıda sayacağım məqsədlər üçün istifadə edilməlidir:
* Yüksəlmiş temperatur xəstəni narahat edir: Hallusinasiyalar, baş ağrısı, qıcolmalar verir və s.
* Yüksəlmiş temperatur həkimi narahat edir. Məsələn, xəstədə ürəyin işemik xəstəliyi var, taxikardiya qəti yol verilməzdir. Bildiyiniz kimi qızdırma artdıqca ürək döyüntülərinin sayı artır. Belə halda həkim qızdırmanı salmağa məcbur olur.
* Bəzən xəstədə maddələr mübadiləsinin sürətini aşağı salmaq lazım olur. Oksigenə tələbatı azaltmaq üçün. İnsultlarda, ürək cərrahiyyəsində, klinik ölümdən dərhal sonra və s. Reanimasiyada yatan ağır COVID-19 xəstələrində də hipoksiyanın orqanlara zərərli təsirini azaltmaq üçün yüksək hərarət endirilməlidir. Həmçinin belə ağır xəstələrdə temperatur ona görə endirilir ki, karbon qazının istehsalı azalsın. Bildiyiniz kimi ağır covid xəstələrinin müalicəsində süni tənəffüs aparatlarının parametrləri elə qurulur ki, əsas oksigenizasiya problemi həll edilsin. Bu parametrlərlə karbon qazının bədəndən uzaqlaşdırılması çətinləşir, həm də buna göz yumulur. Belə halda, maddələr mübadiləsinin sürətinin çox olması ilə karbon qazının istehsalının artması sərf eləmir.
Yuxarıdakı hallar istisna olmaqla yüngül və orta ağırlıqdakı covid xəstələrinin qızdırmasını salmağa ehtiyac yoxdur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2110   Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

adlarin menasi gözəllik məhsulları toy gecesi toy dəbi aybasi qani ile cadu qadın geyimi soz haqqinda atalar sozu kosmetika haxista veten haqqinda atalar sozu zəhmət muellim seiri damla