Hansı hallarda seksoloqa getməlisiz? - Beyin bədənə mane olursa

Hansı hallarda seksoloqa getməlisiz? - Beyin bədənə mane olursaCinsi problemlərin həlli ilə həkim seksopatoloqlar məşğul olur. Lakin Azərbaycanda hələ də kişilər, qadınlar, aralarında problem olan ər-arvadlar seksoloqun qapısını tanımır.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, klinik psixoloq, seksoloq Anastasiya Livanova cinsiyyətindən asılı olmayaraq hansı hallarda seksoloqa gərək olduğunu açıqlayıb.
Əgər bir insan özü-özünü anlamırsa, münasibətlərdə boşluğa düşübsə mütləq seksoloqa getməlidir. Partnyoru günahlandırmaq, başqasını tapmaq çıxış yolu deyil.
"Mən həmişə ilk seansda bildirirəm ki, seksual həyatda müsbət dəyişikliklər həyatın digər sahələrinə də dəyişiklik gətirəcək.
Seksual məsələlər düzələndə insan daha aydınlanır, birdən-birə görə bilərsiz ki, hər gün getdiyiniz iş sizin deyil, ordan çıxmaq istəyirsiz və ya digərləri ilə münasibət sizə travma verir. Nəyə görə bu baş verir?
Çünki komfortlu seksual həyat insana nəyin zövq verdiyini, nəyin isə diskomfort yaratdığını, nəyi saxlayıb, nədən imtina etməli olduğunu göstərir.
Öz emosiyalarını tanımaq, öz arzu tələblərin, istək sərhədlərin özünlə emosional kontaktdan sonra qaydaya düşür.
Məhz seksoloq bu kontaktı, özün özünü anlamağa kömək edir.
Yataqda problem varsa, deməli həyatın hər sahələrində problem var. Bunu qadının, kişinin, vaxtın, pulun üzərinə atmaq və ya cinsi orqanlarda problemlərlə bağlamaq olmaz.
Məsələn, siz seks zamanı beyninizdə bunları düşünürsüz: işdə müdirin istədiyi absurd idi, maaşım bu ayda yetmir, işıq pulu çoxdur, gələn həftəyə borcumu necə verəcəyəm.
Kənar fikirlər sizi daim yayındırır.
Əlaqə zamanı burda və indi olub, prosesi buraxa bilmirsiz. Beyin sönmür, beyin prosesdən kənarda qalır.
Ona görə qadınlarda və kişilərdə cinsi münasibətdən narazılıq fonu yaranır.
Əgər uzun müddətdir seks sizə zövq vermirsə, hətta artıq alınmadığı üçün ondan imtina edirsizsə, o zaman seksoloqa getmək mütləqdir. Seksoloq sizə emosional və cismani, bədənlə kontaktı öyrədəcək. Həm öz, həm qarşı tərəfin bədənini hiss etməyi bacaracaqsız".
Həkim bu hallarda seksoloqa getməyi tövsiyə edir:
- Zəif orqazm və ya hec olmaması
- Ayda 3 dəfədən az cinsi istək
- Mastubrbasiyada çətinliklər
- Seksdən heç zövq almamaq, razı qalmamaq
- Seksual münasibət zamanı fikirlər, beynin rolu
- Kişilərdə ereksiya problemi
- Qadınlarda quruluq
- Seksual kontaktdan qorxu
-Qadınlarda vaginizm
- Seksual əlaqədən sonra uzun müddət təkliyə çəkilmək
- Seksual partnyordan qaçmaq
- Seksual travmalar, zorla əlaqə
- Hamiləlik və doğumdan sonra cinsi zəiflik
Milli.Az

Xəbərlər     Baxılıb: 1445   Tarix: 19 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyajlari sade makiyaj sekilleri adlarin menasi gavalinin faydasi dil haqqında aforizmlər badimcan salati kartof qizartmasi hazirlanmasi kosmetika seksi kahfe fali novruz bayrami nizami gencevi oxatan