Hansı oyuncaqları qətiyyən almamalıyıq? - Psixoloqdan VACİB MƏSLƏHƏT

Hansı oyuncaqları qətiyyən almamalıyıq? - Psixoloqdan VACİB MƏSLƏHƏTMilli.Az psixoloq Fərqanə Mehmanqızının yazısını təqdim edir.
Uşağa çox oyuncaq almağın zərərləri varmı? Oyuncaq seçimində nələrə diqqət etməliyik?
İndi bu cür suallar təəssüf ki, çox az valideyni düşündürür. Halbuki övladlarımızın gələcək həyatının necəliyini məhz bu cür xırda görünən amillər şəkilləndirir. Buna görə də övladlarımızla bağlı atdığımız hər addımda həssas, diqqətli olmalıyıq.
Bilirik ki, 2-3 yaşdan etibarən uşaqlar oyuncaqları kəşf etməyə başlayırlar. Tədricən oyuncaqlarla davranışı və necə oynamalı olduqlarını öyrənirlər. Bəzən isə onları qırırlar, hətta ağızlarına salırlar. Qısaca desək, yəni oyuncaqlar uşaqların xəzinəsidir. Onların inkişafına müsbət təsir edir, ətraf aləmi daha yaxşı anlamağa başlayırlar. Lakin hər şeyin çox olması fəsad yaratdığı kimi, oyuncağın çoxluğu da körpələrdə bəzi mənfi davranışların yaranmasına səbəb olur.
Bəzən valideynlər uşağın istədiyi hər oyuncağı alır və düşünür ki, uşaqdı, oynamaq istəyir. Amma burada diqqət etməli olduqları bəzi önəmli məqamlar var. İstədikləri hər oyuncağın alınması onlarda mənfi davranışların yaranmasına səbəb olur. Bunlara aiddir:
1. Diqqətin dağılması və diqqət cəmlənməsində problem
2. Ruhsal doyum yaşamasına yaranan maneə
3. Tez əldə etmək duyğusu (Çətinlik çəkmədən nəyisə əldə etmək)
4. İnad, əsəb, narahatlıq duyğusunun yaranması
Oyuncaqlar bu sadalanan problemlərin hər birinin başlıca səbəbi ola bilər.
Valideyn elə oyuncaq almalıdır ki, uşaq onunla oynayanda əziyyət çəkib nəticə çıxarmağı öyrənsin. Çünki uşaq hazıra öyrəndikcə əziyyət çəkməyin nə demək olduğunu bilmir. Daim çalışır ki, hər şeyi hazır əldə etsin. Bundan başqa, hazır oyuncaqların heç biri uşağın inkişafına təsir etmir. Ancaq bunun əksinə olaraq, kiçik metodika tələb edən oyunlar və oyuncaqlar düşünməyi məcburi hala gətirdiyi üçün uşaqların inkişafına çox böyük ölçüdə təsir edir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1467   Tarix: 26 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadin dunyasi makiyaj instagram hamiləlik xiyarın faydaları ataya aid atalar sozleri kabablar keyks kosmetika zəhmət vətən həsrəti meseller layla kokelmek