Hansı qan qrupunda koronavirus riski azdır? - Alimlər ARAŞDIRDI
Koronavirusa yoluxma və virusdan ağırlaşma riski insanın daşıdığı qan qrupunu təyin edən genlərdən asılıdır.
Milli.Az xəbər verir ki, Kanada və Britaniya alimləri 1 il ərzində həm kovidə yüngül yoluxmuş, həm də heç yoluxmamış insanların qanı və ağciyərlərini analiz edərək təhlil aparıblar.
İnfeksiyanın orqanizmdə yayılması üçün hansı gen və zülalların açar rolunu oynadığını tapıb, bu genin hansı qan qrupunda az və ya çox olduğunu araşdırıblar.
Çoxsaylı tədqiqatlar göstərib ki, birinci qan qrupunda ABO geni variantında funksional zülallar az olduğu üçün koronavirusa yoluxma və ağır keçirmə riski azdır.
II, III və IV qan qrupunda qan plazmasında bu zülallar çoxdur.
Alimlər pandemiya başlayandan daha çox II və III qrupun koronavirusu ağır keçirməsi fenomeni ilə rastlaşmışdılar. Amma bunun səbəbini izah edə bilmirdilər.
Əslində dünyada koronavirusa yoluxma üzrə I qrup çoxdur, lakin bu ona görədir ki, dünyada ən çox insan bu qrupu daşıyır. Amma ağır keçirənlər arasında II qrup daha çoxluq təşkil edib. /medicina.az
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Tanınmış müğənni dəhşətli qəzada öldü
Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ
Toyda bunu etmək tərbiyəsizlikdir
Xumar Qədimovanın ailəsində ağır itki - Foto
Məşhur cütlüyün övladı dünyaya gəldi - FOTO
Məşhur bitki dərinin qocalmasını dayandıra bilər
Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin
Hande Erçel sərbəst buraxıldı
Nanə əməliyyat olundu
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu