Hansı qidalar gecələr yatmağınıza imkan vermir?

Hansı qidalar gecələr yatmağınıza imkan vermir?Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə, gün ərzində nə yediyinizi düşünməyə dəyər.
"Yuxu rejimini nizama salmaq üçün nəyi və nə vaxt yediyimizi təhlil etmək vacibdir. Dünyadakı yuxuya getməyə kömək edən bütün vasitələrdən istifadə etmisinizsə və artıq yorulmusunuzsa, bunun səbəbi yanlış qidanı qəbul etməyiniz ola bilər", - deyə rusiyalı həkim-nutrisioloq İqor Strokov bildirir.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, əgər yuxu probleminiz varsa, ən pis qidalardan biri şokolad, hətta tünd şokoladdır. Süd və ağ şokoladda yüksək miqdarda şəkər var, bu da qanda şəkərinin səviyyəsini yüksəldə və yuxunu poza bilər.
Tünd şokolad isə əvvəlki kimi kakao və çox vaxt məşhur stimullaşdırıcı olan kofein ehtiva edir. Yuxu probleminiz varsa, çəkinməli olduğunuz digər bir qida pendirdir.
Tünd və ya uzun müddət saxlanılmış pendirdə yüksək miqdarda amin turşusu tiramin var ki, bu da diqqəti artırmağa kömək edir.
Yuxu probleminin daha bir mümkün səbəbi, adətən tərkibində yüksək miqdarda duz olan və bədəndə suyun yığılmasına səbəb olan cipsdir.
Şirindən imtina edə bilməyənlərə gilas yeməyi tövsiyə edə bilərik. Gilas yuxu gətirən melatoninlə zəngindir; daha bir variant isə badamdır. Tərkibində yüksək miqdarda maqnezium olan badam qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir, buna görə də şəkərin səviyyəsinin artıb-azalması sizə yuxuya getməyə mane olmur.
Gününüzü bir fincan qəhvəsiz təsəvvür edə bilmirsinizsə, çoxlu qəhvə içmək yuxunuza zərər verə və ümumi rifahınıza, sağlamlığınıza zərər verə bilər. Bunun səbəbi odur ki, yüksək miqdarda kofein yuxu dövrünüzdə problemlər yarada bilər.
Yatmaq vaxtı gələndə ifraz olunan adenozin hormonu gün ərzində bədənimizdə yığılır və nə qədər çox toplanırsa, bir o qədər yuxulu oluruq.
"Bir fincan tünd qəhvə yuxululu olmağın qarşısını ala bilsə də, o, həmçinin yuxu və oyaqlıq dövrünü poza və qan dövranı sistemimizdə bir çox insanın düşündüyündən daha uzun müddət qala bilər", - deyə Strokov qeyd edib.
Alkoqol həqiqətən müəyyən bir müddətdən sonra yuxulu olmanıza səbəb olur. Bu, sizi yuxuya getməyin daha asan olacağını düşünməyə vadar edəcək, əslində, yuxunuz parçalanmış, narahat, bəzən isə həyəcanlı ola bilərsiniz.
"Alkoqol əzələlərin həddindən artıq boşalmasına səbəb olur ki, bu da xoruldama və qıcqırmaya səbəb olur. Bununla belə, kofein və alkoqolun birgə istifadəsi xroniki yuxu pozğunluğu siklinə səbəb ola bilər", - deyə ekspert qeyd edib.
Bəs necə doyunca yatmaq olar?
Müntəzəm gündəlik rejim orqanizmə yatmaq vaxtı olduğuna dair siqnalları tanımağa imkan verir ki, bu da gecəni rahat keçirməyə kömək edə bilər. Əlavə məsləhətlərə gecə çox gec yemək yeməmək, porsiyaların ölçülərinə diqqət etmək və yatmazdan əvvəl şəkər və kofeindən uzaq durmaq daxildir.
Bir müddətdir yuxu problemi yaşayan hər kəs həkimə müraciət etməlidir. Yuxusuzluğa səbəb olan bir çox amil var və bunlar yediyiniz qida ilə əlaqəli olmaya bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1002   Tarix: 06 sentyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yaz geyimleri 2026 qadin dunyasi donlar 2026 toyluq donlar 2026 hicab baglamaq elza seyidcahan arıqlamaq qaydaları kosmetika novruz bayramı efsaneler öpüşme baldiza aid əfsanələr