Hansı qidalar təzyiqi qaldırır?

Hansı qidalar təzyiqi qaldırır?Hipertoniya çox yayılmış xəstəlikdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada yaşayan insanların 60%-i hipertoniyadan əziyyət çəkir.
Hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları və içkiləri  qidalanmada minimuma çatdırmalıdır. Yalnız bu halda təzyiqi normallaşdırmaq mümkün olacaq. Bəzən insanlar fikirləşir - təzyiqi salan dərman içirəmsə, deməli istənilən qida qəbul edə bilərəm. Bu çox təhlükəli yanılmadır. Bu halda hipertoniyanı kontrol etmək mümkün olmayacaq, xəstəlik daha da inkişaf edəcək və müxtəlif ağır fəsadların inkişafına səbəb olacaq. Hipertoniya zamanı pəhriz müalicənin ayrılmaz tərkib hissəsidir.
Beləliklə, hansı qida və içkilər təzyiqin artmasına səbəb olur:
- duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar, konservlər
- kolbasa, sosis
- yağlı ət, qara ciyər, balıq, balıq yağı, kürü
- ədviyyatlar (qırmızı və qara istiot, mixək, xardal, qıtığotu)
- yağlı kremlərlə tortlar, pirojnalar, dondurma
- bulkalar,  piroqlar və s. mayalı xəmirdən hazırlanmış şirin un məmulatları
- şirin qazlı içkilər (müxtəlif limonadlar, "kola", "fanta" və s.)
- şokolad
- göbələklər
- zeytun
- qəhvə, kakao, tünd qara və yaşıl çay
- yağlı xama, qaymaq, duzlu pendir
- qoz-fındıq
- spirtli içkilər.
Bəzi otların qəbulu təzyiqin qalxmasına səbəb ola bilər. Bu otlar arasında - jenşen, eleuterokokk, dazı otu və s.
Təbii ki, əgər hipertoniyadan əziyyət çəkən insan həftədə 1 dəfə 1 tikə pendir  və ya 1 kiçik pirojna  yeyərsə, bu onun sağlamlığına ciddi ziyan vurmayacaq. Lakin qadağan olunmuş qidaların tez-tez qəbulu qəti surətdə yolverilməzdir.
Sağlamlığınızı qoruyun!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1614   Tarix: 05 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

sac duzumleri qadin sayti geyim və ayaqqabılar yemək resepti dirnaqlar ucun maska şəxsi təcrübə gözəl qadin kosmetika gozde olar rəksanə xeyanet xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır veten haqqinda bayatilar