Hansı qidalar və bitkilər təzyiqi normada saxlamağa kömək edir?

Hansı qidalar və bitkilər təzyiqi normada saxlamağa kömək edir?Müasir dövrdə insanların bir çoxu yüksək təzyiqdən əziyyət çəkir. Hipetroniya xəstəliyi demək olar ki, müalicə olunmur və təzyiqi normada saxlamaq üçün gündəlik olaraq dərmanlar qəbul edilir. Bununla yanaşı, təzyiqin normada saxlanması üçün həyat tərzinin, qidalanmanın da mühüm rolu var. Eləcə də burada bitkilərlə müalicə də təzyiqin normada qalmasına kömək edir. Həkim-fitoterapevt Fizuli Hüseynov bununla bağlı bir sıra tövsiyələr verib və reseptlər açıqlayıb.
Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki, uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər.
Bu məqsədlə insanlar daha çox həblərdən istifadəyə üz tuturlar. Amma unutmayın ki,  bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız. Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur,  bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarıı yaradır. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir. Yəni  bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər  keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyildir. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər.
Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır: beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir.
Təzyiqi normallaşdırmaq üçün təkrar olaraq qeyd edirəm ki, mütləq şəkildə qidalanmaya diqqət edilsin. Hər gün balqabaq şirəsi içməyi tövsiyyə edərdim. Bu şirə qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl bir detoksdur. Hər yemək və salatlarınızda limon və sirkədən istifadə edin.
Reseptlər:
1 litr siya 1 limonu sıxırsınız, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil, 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edirsiniz. Və bu suyu gün ərzində içirsiniz.  
2 xörək qaşığı yemişan meyvələrini 3 stəkan 80 dərəcəlik suda termosda dəmləyirsiniz. Sabahısı gün  isə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat öncə 1 stəkan içirsiniz.
Bəzən yüksək təzyiqli xəstələrin ayaqlarında şişkinlik olur. Bu zaman yemişanla birlikdə sidikqovucu bir bitkidən məsələn: gilas saplaqlarından və qarğıdalı saçaqlarından  istifadə edə bilərsiniz. Hər bitkidən bir xörək qaşığı olmaqla yuxarıdakı qaydada dəmləyib, qəbul edirsiniz.
Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən bir xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmləyib, əvvəlki reseptdə qeyd olunan qaydada içirsiniz.
Hipertoniyanın ən xeyirli müalicələrindən biri də hirudoterapiya və mütəmadi olaraq həcəmət etdirməkdir.
Bütün bu bitkiləri kompleks şəklində qəbul etsıniz bir neçə həftə ərzində təzyiqiniz normal vəziyyətə düşəcəkdir. Bundan sonra bitkilər azaldılır və yalnlz yemişan dəmləməsinə davam edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 18 oktyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 gozel gorunmek şəxsi təcrübə darcin faydasi haxışta kəklikotunun faydası kosmetika hakışdalar maraqli hakistalar oyunlar badambura gunay