Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?

Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur. Adları çəkilən xəstəliklərin əmələ gəlməsində qanın laxtalanma qabiliyyətinin yüksək olması səbəb olur. Belə ki, laxtalanmaya meyilli qanda asanlıqla tromblar əmələ gəlir və bu tromblar qan damarlarında asanlıqla hərəkət edirlər. Trombların ürəkdə, beyin damarlarında tıxannıb qalması isə həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi həmin nahiyədə oksigen aclığına səbəb olur və xəstəlik əmələ gəlir.
Yuxarıda yazılan patologiyaların baş verməməsi üçün isə qanın laxtalanmasını nəzarət altında saxlamaq və laxtalanma sürətini azaltmaq lazımdır. Qanın laxtalanmasının qarşısını almaq üçün çoxlu dərman preparatları vardır. Amma, siz qida rasionunuza nəzarət edərək qanınızın laxtalanmasının qarşısını ala bilərsiniz. Aşağıdakı qidalar sizin qan laxtalanmasızı azaldacaq, tromb əmələ gəlməsinin qarşısını alacaq və bu səbəbdən meydana çıxan xəstəliklərin qarşısını alacaq.
1. Gün ərzində ən azı 5-6 stəkan adi su için. Təbii su qan laxtalanmasının qarşısını alan vasitələrdən biridir.
2. Gündəlik rasionunuza zeytun və ya kətan yağı əlavə edin.
3. Alma sirkəsini suya qatıb için. Bu zaman 1 çay qaşığı sirkəni 1 stəkan ilıq suda həll edin.
4. Hər gün qidanıza soğan və ya sarımsaq əlavə edin.
5. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar qanda tromb əmələ glməsinin qarşısını alır.
6. Çuğundur şirəsi qanı duruldur.
7. Tünd şokolad qanı duruldur.
8. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır.
9. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur.
10. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, çiyələk, böyrütkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrin birindən ən azı 200 qram yemək lazımdır.
11. Hər günkü, qidalarda zəncəfildən istifadə etmək qa lxtalanmasının qarşısını alır.
Aşağıdakı qidalar qanın laxtalanmasına səbəb olur:
* ət bulyonu
* kolbasa
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* itburnu
* banan və manqo  
* bəzi bitkilər pişikotu, gicirtkən, qarğıdalı saçağı, qırxbuğum, dazıotu və s. Bu bitkilərin dəmləmələrini uzun müddət içdikdən sonra fasilə vermək və sonra yenidən qəbul etmək lazımdır.
Çoxlu miqdarda duzlu qida qəbulu, siqaret, sidikqovucular və hormonal preparatlar da qanın laxtalanmasına səbəb ola bilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1028   Tarix: 10 yanvar 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

turlar.az

maskalar sac duzumleri sade makiyaj sekilleri geyim şəkilləri donlar 2026 yay terxun kompotu xına bayatıları kosmetika irem derici sekisler yemekler novruz bayramına aid hakışda vetene aid atalar sozu