Hava soyuyanda niyə oynaqlarımız ağrıyır?

Hava soyuyanda niyə oynaqlarımız ağrıyır?Bir çox insanlarda havanın kəskin dəyişilməsi (yağış, soyuq, külək) zamanı əhval-ruhiyyənin pozulması, müxtəlif ağrılar və s. olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.
Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur. Bunun səbəblərini izah edək.
Milli.Az xəbər verir ki, bu xəstəliklər zamanı oynaq və sümüklərdən əlavə burada yerləşən sinir ucları zədələnir. Atmosfer təzyiqi dəyişildikdə oynaqların boşluqlarında olan təzyiq də dəyişilir. Bunun nəticəsində xəstə sinir ucları gıcıqlanır, ödemləşir və bu da oynaq və sümüklərdə ağılara və digər xoşagəlməz hisslərə səbəb olur. Atmosfer təzyiqi normaya düşdükdə ağrılar da azalır və ya yox olur.
Araşdırmalara görə, bu ağrıların başlıca səbəblərindən biri barometrik təzyiqdir. Barometrik təzyiq, hündürlük və hava şəraitinə görə dəyişir:Aşağı təzyiq, adətən yağışlı və buludlu havaya, yüksək təzyiq isə aydın və sakit günlərə işarə edir.
Oynaqlar hərəkəti asanlaşdıran xüsusi maye ilə örtülmüş mürəkkəb quruluşlardır. Lakin osteoartrit kimi xəstəliklər mövcud olduqda, ətraf mühitdəki ən kiçik dəyişikliklər belə ağrıları artıra bilər. Bir çox alim, atmosfer təzyiqinin azalmasının oynaqlardakı iltihablı toxumaların genişlənməsinə və bununla da ağrıların güclənməsinə səbəb olduğunu düşünür. Bu nəzəriyyə dəstəklənir, amma nəticələr tamamilə dəqiq deyil. Yeni bir araşdırma göstərir ki, təzyiqin azalması ilə oynaq ağrıları arasında ortalama bir əlaqə mövcuddur, amma fərdi reaksiyalar arasında əhəmiyyətli fərqliliklər müşahidə olunub. Bundan başqa, barometrik təzyiq tək başına təsir etmir, temperatur və rütubət də oynaq ağrılarına təsir edir. Lakin hansı amilin - temperaturun, rütubətin və ya təzyiqin ağrılara daha çox təsir etdiyini müəyyən etmək olduqca çətindir. Alimlər hava ilə oynaq ağrıları arasındakı əlaqənin hələ də tam şəkildə sübut olunmasa da, toplanan məlumatların qədim inancların müəyyən qədər həqiqətə dayandığını göstərdiyini vurğulayır. 
Əgər havanın dəyişilməsi zamanı siz oynaq və sümüklərdə ağrılar hiss edirsinizsə, mütləq revmatoloqa müraciət edin. Hətta bu ağrılar sizi yalnız havanın dəyişilməsi zamanı narahat edirsə, digər vaxtlarda isə siz özünüzü tam sağlam hiss edirsinizsə, müayinədən keçin. Artrit və artroz kimi ağır oynaq xəstəliklərinin ilk mərhələlərində xəstədə havaya olan reaksiya ilk və yeqanə simptom olur. Xəstəlik inkişaf etdikcə ağrılar hətta yaxşı havada meydana çıxmağa başlayır, getdikcə artır, güclənir.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1373   Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

donlar 2026 qaşların formalari aksessuarlar aybaşı sikli hamiləlikdə axıntı ordan burdan qabyuyan masin kosmetika google novruz hakistalari hüzeyir hacibəyov ginekoloq ariqlamaq