Haymorit və onun təhlükəli fəsadları

Haymorit və onun təhlükəli fəsadlarıHaymor cibləri - əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.
Haymor ciblərinin daxili sümük divarları selikli qişa ilə örtülmüşdür. Burada əmələ gələn selik keçəcəklər vasitəsilə burun boşluğuna ifraz olunur. Həmin seliklə birlikdə haymor cibindən mikroorganizmlər, toz və s. xaric edilir.
Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Bu proseslərin nəticəsində buraya oksigenin daxil olması da çətinləşir. Beləliklə, patogen mikrobların inkişafı üçün münbit şərait yaranır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Xəstəliyin törədicilərinin ifraz etdiyi toksinlərin qana işləməsi organizmin ümumi intoksikasiyası simptomlarını əmələ gətirir - baş ağrısı, iştahasızlıq, halsızlıq.
Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.
Unutmamalıyıq ki, haymor cibləri baş beyin və gözlərlə bilavasitə qonşuluqda yerləşir. Buna görə də infeksiyanın yayılması nəticəsində meningit (beyin qişalarının iltihabı) və meningoensefalit (həm qişa, həm beyin toxumasının iltihabı) kimi təhlükəli halların baş verməsi istisna olunmur. Haymoritin daha çox rast gəlinən fəsadlaşması isə gözün iltihabıdır. Bu hal özünü göz qapağının şişməsi və qızarması, gözün ağrıması, bəzən bərəlməsi ilə büruzə verir.
Xroniki haymoritin fəsadlaşmalarından tez-tez baş verən faringit, tonzillit, larinqit (müvafiq olaraq, udlaq, badamcıqlar və qırtlaq iltihabı), dişlərin düşməsi və hətta əng sümüyünün osteomiyelitini (sümüklərin irinli iltihabını) qeyd etmək olar. Haymoritin əlamətlərindən olan xroniki zökəm burunun selikli qişasının atrofiyasına səbəb olur və nəticədə iybilmə qabiliyyəti zəifləyir və ya tamam itir. Kəskin haymorit üçlü sinirin nevritinə (iltihabına) və buna xas olan şiddətli sifət ağrılarına səbəb ola bilər.
Haymoritin simptomları
Kəskin və xroniki haymoritin əlamətləri fərqlidir.
Kəskin haymorit həm müstəqil bir patologiya, həm də digər xəstəliklərin (zökəm, angina, qrip və s.) fəsadlaşması ola bilər. Xəstəliyin kəskin forması zamanı bədənin temperaturu artır, üşütmə, almacıq sümüyü, burun, alın və ya gözaltı nahiyədə ağrı, burun tənəffüsünün çətinləşməsi qeyd edilir. Ağrılı yerlərə basma və hətta toxunma zamanı ağrı arta bilər. Bəzən ağrı gicgah nahiyəsinə dək yayılır və ya üzün yarısını əhatə edir. Haymoritin daha bir simptomu baş ağrısıdır - haymorit birtərəfli olarsa, baş ağrısı da müvafiq olaraq bir tərəfli olur. Burundan yaşıl və ya sarı seliyin gəlməsi də haymoritin əlamətlərindəndir. Bəzən isə haymor cibinin burun boşluğuna açılan keçəcəyi iltihab nəticəsində daralmış olur və həmin selik haymor cibindən xaric ola bilmir. Haymor cibində inkişaf edən mikrobların toksinləri organizmdə intoksikasiya (zəhərlənmə) əlamətlərini əmələ gətirir - xəstə halsızlaşır.
Kliniki təzahürü bundan çox fərqlənən xroniki haymorit tez-tez digər xəstəliklərlə səhv salınır. Xəstəliyin bu forması zamanı gözaltı nahiyədə arabir küt ağrılar, burunun tutulması (çox vaxt birtərəfli), xroniki konyuktivit (gözlərin selikli qişasının iltihabı), baş ağrısı müşahidə olunur. Xəstə uzanarkən baş ağrısının azalması - xroniki haymoritin xüsusiyyətlərindəndir, bu da haymor cibində irinin yerini dəyişməsi ilə bağlıdır. Xroniki haymoritə xas olan daha bir simptom - gecələr baş verən öskürəkdir. Həmin öskürəyin səbəbi haymor cibindən ifraz olunan irinin udlağı qıcıqlandırmasıdır. Bu səbəb aşkar olunmadıqda, xəstənin uzun müddət xroniki öskurəyə qarşı qəbul etdiyi müalicə effektsiz olur.
Haymoritin səbəbləri
- Əsas səbəb - virus və bakteriya mənşəli xəstəliklərdir. Bu törədicilər əksər insanların selikli qişalarında mövcuddur, lakin sağlam insanın immun sistemi onların çoxunu zərərsizləşdirir. Xəstə və zəifləmiş insanın organizmində isə mikrobların artmasına imkan yaranır və haymorit də bunun nəticələrindəndir. Törədicilər arasında qrip virusları, xlamidiya, mikoplazma və göbələkləri də qeyd edə bilərik.
- LOR orqanlarının (yəni, boğaz, burun, qulaq) xəstəlikləri. Kəskin və ya xroniki zökəm nəticəsində haymor cibinin keçəcəyinin iltihablaşaraq daralması, seliyin xaric olmasına maneə yaranması və haymoritin inkişafı mümkündür. Angina və farinqit də bu xəstəliyə səbəb ola bilər - boğaz, ağız və burun boşluqları biri birinə sıx bağlı olan orqanlardır. Bütün bu xəstəlikləri diqqətdən qaçırmayıb, ciddi müalicə olunmaq lazımdır!
- Burun çəpərinin patoloji əyriliyi nəticəsində həm seliyin ifraz olunması, həm də haymor cibinə havanın keçməsi çətinləşir. Bu səbəbə görə əmələ gələn haymorit illərlə davam edir və çətinliklə müalicə olunur. Çıxış yolu isə haymoritin müalicəsi ilə yanaşı əsas səbəbin də aradan qaldırılmasıdır - burun çəpərinin cərrahi yolla düzəldilməsi.
- Diş xəstəlikləri (kariyes, pulpit, periodontit). Buradan infeksiyanın haymor cibinə yayılma ehtimalı yüksəkdir. Xüsusən yuxarı dişlərin xəstəlikləri təhlükəlidir - bunların kökləri bəzən hətta haymor cibinə çatır.
- Müxtəlif allergenlər (toz, qida maddələri, ev heyvanları və s.). Haymoritin bu forması xüsusilə allergiyalı insanlar üçün aktualdır.
- Adenoid (artıq burun əti) həm xəstəlik törədən mikrob mənbəyi, həm də burun daxilində havanın normal dövr etməsinə maneədir. Adenoid səbəbi ilə haymoritin inkişafına daha çox uşaqlarda rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1538   Tarix: 02 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qis geyimləri 2026 kosmetika mehsullari qadin sayti qadın geyim və aksessuar yay paltarlari hakışta xınayaxdı maraqli toy ideyalari kosmetika bayati porno baldıza aid hakışta hakışta hakista sozler