Haymoritin diaqnostikası və müalicəsi

Haymoritin diaqnostikası və müalicəsiMüayinənin ilk addımı - xəstənin şikayətlərini dinləmək və həkim baxışını keçirməkdir. Diaqnozu dəqiqləşdirmək üçün həkim əksər hallarda burunətrafı ciblərin rentgen müayinəsini təyin edir.
Normal halda həmin ciblərin rentgen-kontrastlığı göz yuvası ilə eyni olur, iltihab zamanı isə - həmin nahiyə rentgen-şəkildə daha açıq görsənir. Lakin bu qaydanın istisnaları da var, odur ki, digər hallarda olduğu kimi, rentgen nəticələrinin qiymətləndirilməsi və diaqnozun qoyulması həkimin vəzifəsidir.
Son zaman haymoritin diaqnostikası üçün daha müasir üsul olan kompyuter tomoqrafiyası da istifadə edilir.
Haymoritin müalicəsi
Haymoritin ağır fəsadlarının qarşısını almaq və müalicənin effektivliyini artırmaq məqsədilə müalicəyə vaxtında başlamalı və ciddi yanaşılmalıdır. Bu xəstəliyin ilk əlamətləri qeyd edildikdə dərhal LOR-həkimə müraciət etmək vacibdir. Unutmayın ki, vaxt itkisi müalicəni çətinləşdirə bilər.
Burun ifrazatının laborator müayinəsindən sonra, törədici mikroorganizmin növündən (streptokokk, stafilokokk, xlamidiya, mikoplazma və s.) asılı olaraq, həkim müvafiq antibiotik təyin edir. Antibiotik düzgün seçilməzsə, onun patogen mikroblara təsiri çox zəif və yaxud heç olmaya bilər.
Haymor ciblərindən burun boşluğuna keçəcəkləri açmaq və bu cibləri irindən və selikdən azad etmək üçün damardaraldıcı damcılar istifadə edilir. Bu damcıları düzgün tətbiq etmək üçün xəstə əvvəl sağ böyürü üstə uzanır və dərmanı burunun sağ dəliyinə damızdırır və 5 dəqiqə bu vəziyyətdə qalır. Sonra sol böyürü üstə uzanaraq eyni ilə bu proseduru təkrar edir. Daha 5-10 dəqiqədən sonra burnunu təmizləyir. Bunun ardınca isə bakteriya və iltihab əleyhinə damcılar tətbiq edilir. Damardaraldıcı damcılar 5 gündən artıq qəbul edilmir - uzun müddətli istifadə burunun selikli qişasının atrofiyası (nazilərək fəaliyyət qabiliyyətinin zəifləməsi) ilə nəticələnir.
Allergik simptomların və ödemin aradan qaldırılması üçün atihistamin preparatlar, immunitetin artırılması üçün isə vitaminlər təyin edilir. Kəskinləşmə dövrünün xaricində fizioterapevtik müalicə - ultrabənövşəyi şüalar və isidici prosedurlar tətbiq olunur.
Haymor cibinin aseptik məhlulla yuyulması haymoritin müalicəsində tez-tez istifadə olunan üsullardandır. Bunun üçün burunun selikli qişası ağrısızlaşdırılır və həkim burun boşluğu ilə haymor cibi arasında olan divarı nazik yerindən iynə ilə dəlib haymor cibinə davamlı olaraq aseptik məhlulu yeridir və bununla da cibləri irindən tam təmizləyir. Bundan sonra oraya infeksiya və iltihab əleyhinə məhlullar yeridilir. Haymor cibinin punksiyası adlanan bu manipulyasiya çox məsuliyyətli olduğuna görə, yalnız təcrübəli və müvafiq ixtisaslı mütəxəssis tərəfindən yerinə yetirilir, əks halda isə səhv aparılan bu əməliyyat nəticəsində irinin göz yuvasına və digər ətraf toxumalara sirayət etməsi riski yaranır.
Çox vaxt bu proseduru bir neçə dəfə tətbiq etmək lazım olur, lakin növbəti dəfə həkim məhlulu birinci punksiya zamanı açdığı eyni dəlikdən yeridir və buna görə də təkrar prosdurlar daha asan keçir. Müasir zamanda həkim həmin dəliyə xüsusi borucuq (kateter) taxaraq, təkrar prosedurları da bunun vasitəsilə yerinə yetirə bilər. Haymor cibinin punksiyası və yuyulması müalicənin effektivliyini dəfələrlə artırır.
Haymoritin profilaktikası
Düzgün və vitaminləşdirilmiş qidalanma, idman və fiziki fəallıq, təmiz havada gəzintilər, lazımi qədər yuxu və istirahət - immunitetin artması üçün vacib səbəblərdəndir. Bu isə, digər xəstəliklərdə olduğu kimi, haymoritin də profilaktikasında mühüm amildir.
Bundan əlavə, burun tənəffüsünün çətinləşməsi hallarına biganə yanaşmamaq, burun, boğaz, qulaq və tənəffüs yolları xəstəliklərinin, eləcə də kariyesli dişlərin və ağız boşluğu problemlərinin müalicəsi ilə vaxtında və əsaslı məşğul olmaq lazımdır. Ümumiyyətlə, organizmdə mövcud olan istənilən infeksion və ya iltihabi proses qətiyyən diqqətdən yayınmamalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1540   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qis geyimləri 2026 kosmetika mehsullari qadin sayti qadın geyim və aksessuar yay paltarlari hakışta xınayaxdı maraqli toy ideyalari kosmetika bayati porno baldıza aid hakışta hakışta hakista sozler