Həbsxanada olan Maral Tahirqızı haqqında elə xəbər yayıldı ki...
Ali Məhkəmədə əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Gülməmmədovanın (Tahirqızı) Bakı Apellyasiya Məhkəməsindən verdiyi kassasiya şikayətinə baxılıb.
Xanim.az Trend-ə istinadən xəbər verir ki, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs M.Tahirqızı da iştirak edib.
O, hakimdən vaxt istəyib. M.Tahirqızı bildirib ki, o prosesdə hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayır və buna görə də proses müəyyən müddətə təxirə salınsın. Hakim vəsatəti təmin edib və iş üzrə məhkəmə iclası iyunun 14-ə təyin edilib.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsini apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir