"Heç kəsin ixtiyarı yoxdur şəxsi həyatımı üzə çıxartsın" - SƏİDƏ SULTANLA XOŞQƏDƏM üz-üzə

"Heç kəsin ixtiyarı yoxdur şəxsi həyatımı üzə çıxartsın" - SƏİDƏ SULTANLA XOŞQƏDƏM üz-üzəMüğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı müğənninin haqqının tapdalandığını düşünən həmkarı Səidə Sultan sözügedən proqramda Xoşqədəm Hidayətqızı ilə üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, kifayət qədər gərgin dialoq şəraitində keçən müzakirə zamanı Səidə efirdə həmkarının birmənalı şəkildə haqqının tapdalandığını bəyan etməkdən çəkinməyib.

Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) sadə vətəndaşların həyatı ilə məşhurların şəxsi həyatı arasında onun üçün heç bir fərqin olmadığını bildirib:

"Sevda Yahyayeva ilə Saatlıdan gələn Əlinin nənəsinin fərqi nədir. Mənim üçün ikisi də eynidir. Xoşqədəm də ondan biridir, burada oturanlar da! Biz hamımız o insanlardan biriyik. Bizim nə nüfuzumuz, nə məşhurluğumuz, nə pulumuz, nə maşınımız, nə iki universitet, beş universitet bitirib 5 dil bilməyimizin heç bir əhəmiyyəti yoxdur. Biz hamımız eyni insanlarıq. Əgər o insanlar haqqında fikir bildirilirsə və bir ağsaqqal buraya gəlib deyirsə ki, "Mən öz həyat yoldaşımı istəyirəm. Həyat yoldaşımla barışmaq istəyirəm. Yardım edin". Onu niyə efirə çıxartmayaq?"

Aparıcının sözlərinə efirdə müdaxilə edən müğənni Səidə Sultan "Əgər qadın onu istəmirsə bəs?" sualı ilə Xoşqədəmə müraciət edib.

"Onda Sevda Yahyayeva bağlanır efirə. Deyir ki, "Ay ata, mənim anamın sənin yanında işi yoxdur. Gəldiyin kimi qapı açıqdır, çıx get", - ifadələri ilə aparıcı Səidənin sualına cavab verib.
Müğənni Hidayətqızının fikri ilə yenə razılaşmayıb:

"Bəlkə Sevda istəmir bu söhbət ictimailəşsin, şişsin. O insan çıxdı efirə. Olmazdımı ki, o, efirə çıxanda o qadını da bura çağırasınız? Özləri öz aralarında həll edələr, sonra bunu efirə çıxardasınız?"

Xoşqədəm Səidə Sultanın suallarına "Yarım saat öncə gəldi bura. Hamı Xoşqədəm deyil ki?!" cavabını verib.

Müğənni onu bu fikirlərinə görə qınayan verilişin ekspert heyətini isə "Siz istəyərsinizmi sizin probleminiz bura çıxsın və hamı bunu bilsin? Biz qanunu bilmirik, ona görə vəziyyət bu gündədir. Heç kəsin ixtiyarı yoxdur mənim şəxsi həyatımı üzə çıxartsın, məni hamının qarşısında xar etsin" sözləri ilə qarşı-qarşıya qoyub.

Qeyd edək ki, müğənninin ögey atası Xoşqədəm Baxşəliyevanın verilişinə çıxaraq Sevdanın onun həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.

Şou Biznes     Baxılıb: 2444   Tarix: 27 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet