Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: gecə yatarkən...

Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: gecə yatarkən...Daha çox çiy xörəklər və dırnaq yedikdən sonra ortaya çıxan parazitlər ciddi sağlamlıq problemlərinə səbəb olur. Parazitlərin simptomları nələrdir? Parazitləri yox etməyin müalicəsi varmı?
Milli.Az parazitlərin öhdəsindən necə gəlməyin yollarını təqdim edir.
Parazitə necə yoluxuruq?
Parazitlər insan bədəninə iki yolla daxil ola bilir: suda yaşayan amöblər və tam bişməmiş yeməyin tərkibində qalan qurdlar. Parazitlər başqa canlının daxilində yaşamağa məhkumdur. Lakin eyni zamanda yaşadıqları canlını deformasiyaya uğradırlar.
Təmizlənməyən meyvə və tərəvəzlərdən, xüsusilə, yaşıllıqlardan mədəyə, oradan isə bağırsaqlara daxil olaraq özlərinə həyat qururlar. Digər növ isə təmiz olmayan sudan ağız vasitəsilə bədənə daxil olur. Parazitlər insan bədəninin hər yerində yaşaya bilir.
Aparılan araşdırmalar kolbasa və sosiska kimi ət məhsullarından parazitə yoluxma faizinin daha yüksək olduğunu ortaya qoyub. Bunun səbəbi isə qidaların bişirilməmiş olması və sıxışdırılmış halda istehsal edilməsidir.
Bütün bunlarla yanaşı, kirpiklərdə, qaşlarda və dərinin məsamələrində də yaşaya bilən parazitlər var. Bunlar hava yolu ilə vücuda yapışır. İnsan yatarkən hərəkətə keçir. Səhər yuxudan oyanarkən müxtəlif yerlərdə qızartı və dəri deformasiyası görürsünüzsə, böyük ehtimalla, səbəb parazitlərdir.
Parazitlərin növləri
1. Parazitlər çeşidinə görə, fərqli simptomlar göstərir. Bağırsaq parazitləri qurd olduqlarına görə, nəcisin bağırsaqlardan xaric olunması əsnasında düz bağırsaqda qaşıntı yaradır. Şiddətli qarın ağrısı, qızartı, çəki itirmək və vitamin minerallarının azalması da parazit səbəbilə baş verə bilər. Bu da halsızlıq, yorğunluq, dəri rənginin solması kimi ağır hallara gətirib çıxarır.
2. Su yolu ilə keçən parazitlərin ən çox yayılan simptomu ishaldır. Vücud sürətli şəkildə su itirir. Baş ağrısı, iştahsızlıq və mədədə ani ağrılar yaranır. Sinir sisteminə zərər verə bilən parazitlər hərəkətlərin məhdudlaşmasına belə səbəb ola bilər.
3. Vücudun xarici bölgələrində yaşayan parazitlər göz və ağızətrafı nayihələrdə yaralar, qaşıntı, qızartı yarada bilir. Eyni zamanda, saç tökülməsi probleminə yol açır.
Parazitlərdən qurtulmaq üçün necə müalicə almaq lazımdır?
Bağırsaq paraziti olan şəxsin bütün ailəsi müalicə götürməlidir. Bunun səbəbi isə bu parazit növünün digərlərinə nisbətən daha tez yoluxmasıdır. Bütün növlərin təmizlənməsi üçün gigiyena əhəmiyyətlidir. Paraziti olan şəxslər sağlam qidalanmaya üstünlük verməlidir. Xüsusilə, pomidor və portağal tez-tez qəbul edilməlidir.
Qaş və kirpiklərdə olan parazitləri təmizləmək üçün gecə yatarkən həmin bölgələrə lavanda yağı çəkmək lazımdır. Eyni zamanda, yataq örtükləri də lavanda ilə yuyulmalıdır. Bağırsaq qurdlarını təmizləmək üçün gündə bir xörək qaşığı çiy kəklikotu qəbul edilməlidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1217   Tarix: 02 avqust 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy makiyaji sekilleri reseptler geyim və ayaqqabılar pizza reseptləri anaya aid atalar sozu sərxan kərəmoğlu bayatilar vetene aid kosmetika masturbasiya brusell bakteriyası insan birlik haqqinda bayatılarımızda vətən həsrəti