Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
Həddindən artıq tərləmə bir sıra sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə səbəbsiz və davamlı tərləmə halları bəzən ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox tərləmə qalxanabənzər vəzin həddindən artıq işləməsi, şəkərli diabet, ürək-damar problemləri, hormonal pozuntular və bəzi infeksion xəstəliklərlə əlaqəli ola bilər. Gecə tərləmələri isə bəzən vərəm, limfa sistemi xəstəlikləri və ya xərçəng növlərinin əlaməti hesab olunur.
Bundan əlavə, stress, artıq çəki, menopauza dövrü və bəzi dərman preparatları da tərləməni artıra bilər. Mütəxəssislər qeyd edirlər ki, tərləmə gündəlik həyatı narahat edəcək səviyyəyə çatırsa və digər simptomlarla müşahidə olunursa, mütləq həkim müayinəsindən keçmək lazımdır.
Həkimlər özbaşına müalicə üsullarından istifadə etməməyi, problemin səbəbini müəyyən etmək üçün tibbi müayinəyə üstünlük verilməsini tövsiyə edirlər.
Asya
Milli.Az









Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Məşhur aktyor 22 kilo arıqladı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun