Həftədə yalnız bir dəfə balıq yemək faydalıdır
Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz.
"Apotheken Umschau" jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.
Boston Tibb Məktəbinin mütəxəssisləri tərəfindən balığın faydalı keyfiyyətlərinin üzə çıxarılmasına dair aparılan təcrübədə 40 min kişi iştirak edib.
Alimlərin gəldiyi nəticəyə əsasən, sağlam və düzgün qidalanmaq üçün böyük miqdarda pul xərcləməyə ehtiyac yoxdur. Doğrudur, balıq ətinin tərkibindəki omeqa-3 turşusu damarın divarlarını müdafiə edir, lakin bunun üçün həftədə 1 dəfə balıq yemək kifayətdir. Jurnal alimlərin orta və daha yaşlı kişilərdə ürək-damar sistemi xəstəliklərinin
profilaktikası üçün yağlılığı yüksək olan dəniz balıqlarını yeməyin faydası barədə də fikirlərini dərc edib. Bu siyənək və ya skumbriya ola bilər.
publika.az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri