Həkim-anestezioloq: Xəstə reanimasiyada olduğu zaman mütləq

Həkim-anestezioloq: Xəstə reanimasiyada olduğu zaman mütləqSəhiyyə Nazirliyinin mütəxəssisi, həkim-anestezioloq Cavid Paşayev əməliyyatdan əvvəl və sonra xəstəyə qulluq barədə sualları cavablandırıb. Milli.Az həkim-mütəxəssislə müsahibəni təqdim edir.
-Əməliyyat otağındakı hazırlıq mərhələləri hansılardır?
-Xəstələr əməliyyat otağına gəldikdə anestezioloq tərəfindən qarşılanır və əməliyyat qrupu tərəfindən əməliyyat masasına aparılır. Anestezioloq təzyiq ölçən cihazı, ürək monitorunun elektrodlarını və nəbz oksimetrinin (qanda oksigeni ölçən) barmaq ucu kabelini xəstəyə qoşur. Bu cihazlar əməliyyatlar zamanı xəstənin həyati funksiyalarını yaxından izləməyə imkan verir. Lazım gələrsə, anesteziyaya başlamazdan 3-5 dəqiqə əvvəl xəstəyə oksigen maska ilə oksigen verilə bilər. Bundan sonra ağrıları azaldacaq anesteziya adlanan xüsusi bir yuxu vəziyyəti yaradacaq və xəstəyə əzələ boşalmasını təmin edəcək dərmanlar verilir. Xəstə "yatdıqdan" sonra nəfəs borusuna yerləşdirilən boru vasitəsilə oksigenlə qarışmış anestezik qazlar verilir. Bu qazlar verildikcə anesteziya davam edir, dayandırıldıqdan qısa bir müddət sonra anesteziya bitir və xəstə oyanır. Bu müddət ərzində anestezioloq mütəmadi olaraq xəstənin başındadır və əməliyyatın gedişi ilə əlaqədar lazımi müalicələri həyata keçirir.
-Əməliyyata ac gəlmək niyə vacibdir?
-Anesteziya alacaq xəstəyə son 4-6 saatda qida və maye qəbulu tövsiyə edilmir. Bu qadağanın məqsədi xəstənin sağlamlığını qorumaq üçündür. Əməliyyat zamanı mədə dolu olarsa qida qalıqları və ya mayenin mədədən geri nəfəs borusuna qayıtması və qusma halı baş verə bilər. Bu, çox təhlükəlidir, xəstənin tənəffüs yollarını bağlaya və ya qıcıqlandıra bilər. Dolayı olaraq, əməliyyat zamanı ölümə qədər ciddi təhlükələrə səbəb ola bilər. Təcili və təxirəsalınmaz əməliyyatlar zamanı xəstənin qida qəbul etməsindən asılı olmayaraq əməliyyata götürülür və sürətli intübə olunur.
-Əməliyyatdan sonra ürəkbulanma və qusmaya səbəb nədir?
-Ümumiyyətlə cərrahiyyə əməliyyatı keçirmiş bəzi pasiyentlər, xüsusən də ümumi anesteziya almış xəstələrin ağrı və ürəkbulanma hissi oyandıqdan sonra ilk xatırladıqları şeydir. Bulantının inkişaf etmiş forması ara-sıra qusma ilə davam edir. Təəssüf ki, bəzi xəstələr elmi bir izahı olmayan yanaşma ilə qusmalarını "çıxarılmış narkoz" kimi təsvir edirlər. Bu xoşagəlməz hadisə cərrahi və anesteziya tətbiqlərində gözlənilə bilən arzuolunmaz vəziyyətdir.
Cərrahi əməliyyatlardan, xüsusən də ümumi anesteziya tətbiq edildikdən sonra müşahidə olunan ürəkbulanma və qusma ümumi problemlərdən biridir. Bu şikayətlər ümumiyyətlə əməliyyatdan sonrakı erkən dövrdə müşahidə olunur.
Əvvəllər ümumi anesteziya altında aparılan cərrahi əməliyyatların 80 faizində müşahidə edildiyi halda, bizim dövrümüzdə bu tezlik 30 faizə qədər azalır. Bununla belə, ciddi davamlı hallar təxminən 0,1 faiz təşkil edir.
Bəzi cərrahi xəstələrdə ürəkbulanma və qusma da əməliyyatdan sonra narahatlıq və problemlər yarada bilər. Göz cərrahiyyəsində qanaxma, plastik əməliyyatda çapıqlar, gərginliklə kəllədaxili təzyiqin artması və neyrocərrahiyyə əməliyyatlarında ciddi problemlər yarana bilər.
Bunların xaricində problemin davam etməsi, xəstənin erkən evə yazılmaması kimi vaxt itkisinə səbəb ola bilər.
- Südverən analar əməliyyatdan neçə saat sonra əmizdirməyə davam edə bilərlər?
-Bu gün istifadə edilən anestezik dərmanlar orqanizmə sürətli təsir göstərir və bədəndən sürətlə təmizlənir. Anesteziya tətbiq edildikdən sonra ana südündə aşkar edilən anestezik maddənin miqdarı cüzi səviyyədədir və körpənin sağlamlığına təsir edə biləcək qədər deyil. Buna görə də mütəxəssislər, anesteziyadan sonra analara körpələrini əmizdirməyə davam etməyi məsləhət görürlər.
-Planlaşdırılmış intübə zamanı xəstələrə niyə anesteziya edilir?
-Xəstə reanimasiyada olduğu zaman mütləq planlı intübə olunmalıdır. Planlı intübə olmadığı zaman xəstədə oyanıqlıq ola bilər ki, bu da dişlərdə sınma, dildə yaralanma və bir çox problemlərə gətirib çıxara bilər. İntübə COVID-19 pandemiyası zamanı daha çox eşidilir. Məsələn əgər xəstə oksigen çatışmazlığından əziyyət çəkirsə, bu ağır vəziyyəti xatırlamaması üçün ona anesteziya verilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 982   Tarix: 31 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi