Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir

Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidirQoz, şabalıd, fındıq, fısdıq süfrələrimizin əvəzolunmaz neməti sayılsa da, qədərindən çox istifadə olunanda orqanizmə təsirsiz ötüşmür və artıq çəki problemi yaradır. Həmin hallarla üzləşməmək üçün bir sıra qaydaları gözləmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Səfa Yadigarova çərəzlərlə qidalanma qaydası barədə deyib: "Çərəzlərin qədərindən artıq qəbul edilməsi artıq kilolara səbəb olmaqla yanaşı, allergik proseslər - üzdə səpgi, qaşınma və bağırsaq problemləri yarana bilər. Çərəzlər faydalı qidadır, lakin onun hansı miqdarda qəbul etməyi bilmək lazımdır. Gün ərzində 6 ədəd qoz ləpəsi, 15-20 ədəd badam, 5-6 ədəd yapon qozu, 15 qram balqabaq toxumu, 40 qram püstə istifadə etmək olar".
Çərəzlərə quru meyvələr də daxildir. Mütəxəssislərin dediyinə görə, bəzi quru meyvələr, xüsusilə də xurma qanda şəkərin miqdarını artıra bilər. Bundan başqa çərəzlərin kalorisi də çox yüksəkdir. Ona görə də onların normadan artıq qəbulu çəki artımına səbəb olur.
"Elə quru meyvələrdən istifadə olunmalıdır ki, onların hazırlanmasında şəkərdən istifadə olunmasın. Quru meyvələr say ilə, çərəzlər isə qramla - gün ərzində təxminən 30-40 qram yeyilə bilər. Məsələn, gündə 2 xurma qurusu, 3 qaysıdan artıq qəbul edilməsi məsləhət görülmür. Qara gavalı arıqlama mərhələsində çox faydalıdır. Qəbizliyə meyilli olanlar və bağırsaq problemi ilə üzləşənlər onu isladılmış formada istifadə edə bilərlər", - deyə həkim-diyetoloq bildirib.
Sümükləri möhkəmlədən, yaddaşı gücləndirən, ürək-damar xəstəliklərinə müsbət təsir göstərən və xərçəng riskini azaldan çərəzlər çiy halda qəbul edilməlidir, çünki qovrulan çərəzin qida tərkibi dəyişikliyə məruz qalır, içərisində olan yağ trans yağa çevrilir. Onları qovuran zaman dadlandırmaq üçün duzdan da istifadə etmək məsləhət görülmür, çünki qədərindən artıq duz da orqanizm üçün çox zərərlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1335   Tarix: 29 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

sac duzumleri həkim məsləhəti gözəllik məhsulları darcin faydasi sepgilere qarsi maska her sey daxil intim münasibətləri kosmetika qu quşu faydalı bilgilər baldıza aid hakışta ana haqqinda bayati sirniyatlar