Həkim-endokrinoloq: COVID-19 endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olur

Həkim-endokrinoloq: COVID-19 endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olurQalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulması üçün əks-göstəriş deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-endokrinoloq Vüsalə Babayeva deyib.
Həkim-endokrinoloqun sözlərinə görə, bununla bağlı tibb işçilərinə çox suallar ünvanlanır: "Zobu olanlar peyvənd vurdurmaqda tərəddüd edirlər. Əslində vurulmalıdır. Çünki peyvənd qorunma məqsədi daşıyır. Əgər xəstə şəkərli diabet xəstəliyin dekompensasiya mərhələsindədirsə, şəkəri nəzarətdə saxlaya bilmirsə, üçaylıq şəkər göstəriciləri yüksəkdirsə, vəziyyət tam qaydasına salındıqdan sonra peyvəndə yönləndirilməlidir. COVID-19 virusu endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olur. Öncədən heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan pasiyent sonradan hormonların miqdarının kəskin artımı, şəkərli diabetdən əziyyət çəkməyən bir insan koronavirusa yoluxandan sonra yüksək şəkərlə müraciət edir. Burada dəyişiklik nə ilə əlaqədardır? COVID-19 orqanizmə ACK reseptorları ilə daxil olur. Həmin reseptorlar həm qalxanabənzər, həm də mədəaltı vəzilərdə var. COVID-19-un kimdə hansı hüceyrə və reseptorları zədələməsindən və zədələnmə səviyyəsindən asılı olaraq həmin şikayətlər ortaya çıxır. Belə ki, mədəaltı vəzinin beta hüceyrələrinin zədələnməsi baş veribsə, bu zaman həmin xəstələrdə şəkər yüksəkliyi müşahidə olunur. Ona görə də əvvəlcədən peyvənd olunsaq və müəyyən qədər qorunma, yəni immunitet əldə edə bilsək, bu problemlərdən bir qədər uzaqlaşmış olarıq. Bu səbəbdən vəziyyəti vaksin vurdurmağa uyğun olan pasiyentlərə peyvəndləri gecikdirməmək tövsiyə olunur. Ümumiyyətlə, peyvənd vurdurmaq üçün müraciət edən vətəndaşın qanda şəkərin miqdarı, qanın laxtalanması, mövcud yanaşı xəstəliklərlə əlaqədar müayinə olunub həkimin icazəsi ilə vaksinə yönləndirilməsi məsləhətlidir.
Hazırda bəzi vətəndaşlar özbaşına, həkim nəzarəti olmadan, ətrafındakıların istifadə etdiyi deksametazon preparatını qəbul edirlər. Həmin preparatı özbaşına, xəstəliyi yüngül keçirənlərin qəbul etməsi tövsiyə olunmur. Çünki deksametazon kimi steroid preparatlar qanda şəkərin miqdarını yüksəldir və sonradan endokrin sistemindəki xəstəliklərin baş qaldırmasına səbəb olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1754   Tarix: 05 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadin sayti yemek reseptleri geyim seçimi badimcandan qisa hazirliq menstruasiya xəstəliklər qadın orqanizmi kosmetika gozde olar novruz sevda dovsan usaq geyimleri