Həkim həqiqətləri açdı: "Pul qazanmaq üçün uşağınıza bu analizləri verdirirlər"

Həkim həqiqətləri açdı: "Lazımsız analizlər bizə heç bir məlumat vermir, amma əsasən rayon yerlərində bunu çox görürük. Birinci növbədə qan analizi ilə qurd xəstəliklərinə diaqnoz qoymağa çalışmaq düzgün deyil".
Milli.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. 
O, uşaqlar üçün bəzi həkimlərin tələb etdiyi analizlərin lazımsız olduğunu deyərək həmin analizləri sıralayıb:
"Gəlirlər ki, mən uşağın qurdunu yoxlatmışam. Baxırıq ki, bu qanda immunonqlobulin G analizidir. Bu bizə heç nə vermir. Hazırda uşaq xəstədirmi, onda qurd varmı, nə vaxtsa olubmu və s. bu analiz onu göstərir və hansı dərəcədə olduğu barədə informasiya vermir. Çünki qanda müəyyən infeksiyalara qarşı yaranan anticisimlər qurdlar üçün spesifik deyil. Yəni biz onun özünü görmədən, uşağın nəcisində mikroskop altında qurd yumurtasını görmədən qanda ona qarşı yaranan anticisimlərə baxaraq deyə bilmərik ki, uşaqda filan qurd xəstəliyi var. Biz qurd xəstəliyinə görə kimyəvi dərman verməliyik. Bu dərman isə qaraciyərə zərərlidir. Ona görə də biz bu riskə getməməliyik. Bu səbəbdən uşağın nəcis analizi verilməlidir. Sual oluna bilər ki, bəs nə üçün klinikalarda qurda baxmaq üçün qan analizi vermək təklif edilir? Bu həmin klinikaların sadəcə pul qazanmaq üçün olan yöntəmidir.  Yəni əgər həkim xəstəni klinikaya göndərirsə, klinika bundan imtina etsə, pul itirəcək, amma burada həkim də məlumat baxımından nə isə qazanmır. Ona elə gəlir ki, məlumat alır, əslində həkim bunun əsasında müalicə yazacaqsa, düzgün deyil. Sizə bu təklif olunanda imtina edin. Bəzi həkimlər isə xəstənin istəyi əsasında onu bu analiz üçün göndərir. Baxırlar ki, buna tələbat var".
Pediatr digər gərəksiz analizin isə revmatizmlə bağlı olduğunu deyib:
"Revmatizm analizi deyə bir şey yoxdur. Revmatoloji xəstəliklər analizi var, bu da revmatoloqların sahəsinə aiddir və onlar bu xüsusi analizləri verdirə bilərlər. Əgər siz hansısa pediatrın yanına gedəndə və ya hansısa klinikaya yaxınlaşıb uşağınız üçün test verdirmək istəyirsinizsə, bu yanlış yanaşmadır. Belə bir analiz yoxdur ki, uşaq xəstə olmadığı halda revmatizm var ya yox onu bildirsin. Uşaq sağlamdır, heç bir şikayəti yoxdur, sadəcə aradabir deyir ki, ayağım ağrıyır və buna görə də siz onun revmatizmini yoxlatdırısınız. Bəzi analar isə deyir ki, məndə uşaq vaxtı revmatizm olub, qorxuram ki, uşağıma da keçmiş olar. Belə bir şey yoxdur". 
A.İsmayılzadə uşaqlarda vitamin d-nin yoxlanmasını da lazımsız hesab edir: 
"Digər mənasız analizlərdən biri də qanda d vitamininin yoxlanmasıdır. Mən öz uşqlarıma yalnız körpə olanda d vitamini vermişəm. Böyüyəndən sonra isə nə özünü, nə analizini vermişəm. Sağlam böyüyüblər. Əgər mən bir şeyi öz uşağıma etdirmirəmsə, bunu digər uşaqlara da şamil edirəm. Digər həkimlər məni qınaya bilər. Bu gün vitamin d, kalsium analizi həm də verilən dərmanları dəbdir. D vitamini ilə problemlər aradan götürülmür, immunitet zəifdirsə yenə də zəif olaraq qalır. Koronavirus vaxtı da gördük ki, vitamin d verməklə biz heç bir ağırlaşmanın qabağını ala bilmirik. Vitamin d-nin işi kalsiumun bağırsaqlardan sovrulmasına kömək etmək, bununla da raxitin qarşısını almaqdır. 
Böyüklərdə isə bəzi xəstələrdə osteoparozun qarşısını almaq üçün vitamin d verilir. Bəzi xəstələrdə isə qalxanvari vəzdə hormonların hüceyrələrə girməsi üçün də verilir, amma uşaqlarda ucdantutma hamıya  qış gələn kimi vkitamin d vermək düzgün deyil. Bunun norması deyə bir şey yoxdur, amma artıqlığı problem yarada bilər. Vitamin d-nin təbii mənbəyi günəşdir.
Bunlar hamısı ticarətdir və pul qazanılır".
Mütəxəssis kalsium azlığının isə yalnız çox ac qalanda yarandığını söyləyib:
"Kalsium da bu analizlərdən biridir. Qanda hormonal olaraq tənzimlənən elementdir. Kalsium əsasən sinirlərə və əzələlərə lazımdır. Bədənin marağında deyil ki, sənin dırnağında və s. kalsium azdır. İnsan o qədər ac qalmalıdır ki, kalsium azalsın. İndi ac qalan yoxdur. Hazırkı dövrdə kalsium azlığına bağlı qıcolmalar da yoxdur. Hamilələrdə bu ola bilər. Çünki bətnində uşaq daşıyır və kalsium ona azlıq edə və əzələlərində kramplar ola bilər. Bu maqnezium azlığına da bağlı ola bilər. Yaxşı qidalanma və sağlam bağırsaqla hər şeyi normaya qaytara bilərik. 
Heyvanın sümüyünü qaynadıb yeməklə onun bədənindəki kalsiumlar çıxıb sizin bədəninizə yapışmayacaq. Tərəvəz yeyin. Heyvanları saxlayan yabanı otlardır. Ən yaxşı kalsium bitki məhsullarından sovrulur. 
Ana uşağa az süd verirsə, düzgün qidalandırmırsa, belə hallarda ona kalsium təyin edirəm. Belə uşaqlarda əlavə qidalardan kalsium sovrulması olmur deyə onda defisit ola bilər.
Həmçinin xəstəlik vaxtı ferritin analizi də vermək düzgün deyil, çünki göstərici yuxarı olacaq. Ferritin analizi uşaq sağlam olanda verilməlidir. 
Durduq yerə uşaqlarda qaraciyər, B12 testləri verdirmək lazım deyil. İnsanlar düşünür ki, çox analiz verdirən yaxşı həkimdir. Yaxşı həkim analizlər verdirməkdənsə, əlamətlərə baxaraq qərar verə bilər". (Ölkə.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1406   Tarix: 01 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

gozel gorunmek aksessuarlar geymler 2026 tanınmış qadın simalar manikür və pedikür bulka reseptləri ayaqqabı və çanta kosmetika hakisda seksual rus dilini oyrenek 2ci ders novruz bayrami hakisda buga burcu