Həkim-mütəxəssis: COVID-19-a yoluxmuş diabet xəstəsinin

Həkim-mütəxəssis: COVID-19-a yoluxmuş diabet xəstəsininDiabeti olan xəstələr istənilən virusa, o cümlədən yeni növ koronavirusa (COVID-19) yoluxduqda onların orqanizminin müqaviməti zəifləyir. Belə olan halda, həmin xəstələrin ürək-damar, tənəffüs və mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir, ağırlaşmalar baş verir. Pnevmoniyaların ağır və uzun müddət davam etməsi, habelə tənəffüs çatışmazlığı ehtimalı xəstədə ciddi təhlükə yaradır. Ona görə də COVID-19-a yoluxmuş diabet xəstəsinin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq, qlikemik indeksi vaxtında korreksiya etmək vacibdir.
Milli.Az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Səmayə Əliyeva məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19-a yoluxduqda xəstənin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq mümkün olmadıqda patogen mikrofloranın çoxalması üçün əlverişli mühit yaranır: "Belə olan təqdirdə isə şəkərli diabet xəstələrində pnevmoniya müalicəsi çətinləşir, zəifləmiş orqanizm daha da tükənir. Odur ki, diabet xəstələrinin koronavirus infeksiyası ilə yoluxma riski yüksəkdir, lakin virusa yoluxma ehtimalı fərdi xüsusiyyətə görə dəyişir. Koronavirusa yoluxmamaq üçün belə xəstələr, ilk növbədə, gündəlik şəxsi gigiyenaya əməl etməlidirlər. İmmuniteti gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə, xəstəliyin mənfi təsirini minimuma endirmək olar. Orqanizmin müqavimətini gücləndirməsinin əsas yolu düzgün qidalanma, müntəzəm idman, istirahət və normal yuxu rejimidir. Həmin xəstələrin müalicəsində pəhriz mühüm rol oynayır və şəkərin səviyyəsinin normal qalmasına kömək edir. Həmçinin belə xəstələr həkim məsləhəti olduğu halda mütləq peyvəndlənməlidirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1197   Tarix: 23 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər