Həkim-mütəxəssis: Oturaq həyat tərzi və artıq çəki osteoartriti yaradan başlıca səbəblərdəndir

Həkim-mütəxəssis: Oturaq həyat tərzi və artıq çəki osteoartriti yaradan başlıca səbəblərdəndirOsteoartrit termini yunan dilində oynaq mənasını verən "artron" sözündən əmələ gəlib. Osteoartritə xalq arasında kirəcləşmə deyilir. Bu, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın aşınması və zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Osteoartritə daha çox diz, bud-çanaq, bilək və onurğa sütunu oynaqlarında rast gəlinir. Xəstəlik qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamilə nazilməsi və sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.
Milli.Az xəbər verir ki, ortoped-travmatoloq Müseyib Əhmədov osteoartritin səbəbləri və xəstəlikdən qorunma üsulları barədə danışıb.
Həkim-mütəxəssis qeyd edib ki, son vaxtlar 60-70 yaşı olanlarda belə diz ağrıları geniş yayılıb: "Lakin bu xəstəlik 30 yaşda da başlaya bilər. Osteoartrit diz ağrılarının əsas səbəbi olub, artritin ən çox yayılmış formasıdır və müalicə oluna bilən xəstəlikdir. Ola bilər ki, xəstə heç vaxt ağrılardan tam qurtula bilməsin, amma bu xəstəliyi idarə edə və əlamətlərinə nəzarət edə bilər. Əgər xəstənin dizi, diz qapağının altı ağrıyırsa, xüsusən də diz çökəndə, çömbələndə və ya pilləkənlə aşağı enərkən bərk ağrılar olursa, bu osteoartrit əlamətidir. Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. Oturaq həyat tərzi, piylənmə, ağır yükqaldırma osteoartritin yaranmasına səbəb olur. Belə olan halda, sümüklər arasındakı qığırdaqlar ömür boyu dağılır. Bəzilərində bu proses zədələr və ya genetik faktorlardan asılı olaraq daha sürətlə gedir. Qığırdaqlar nazildikcə, sümüklər bir-birinə sürtülür və ağrı, şişkinlik yaranır. Əgər bu ağrılar ciddi narahatlıq törədir, gecələr yuxudan oyadırsa, həkimə müraciət etmək lazımdır. Bunun osteoartrit olub-olmadığını rentgen və ya zərurət yaranarsa, menisk yırtıqlarının olub-olmadığını maqnit rezonans tomoqrafiyası müəyyən edəcək".
M.Əhmədov, həmçinin bildirib ki, diz ağrısının qarşısını almaq üçün bir sıra vərdişləri dəyişmək lazımdır: "Məsələn, dizləri bükərək üzərinə oturmaq vərdişini tərgitmək, xüsusən yaşlıların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Kəskin diz ağrısında müalicənin ən son variantı cərrahi müdaxilədir. Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yaşlı xəstələrdə isə açıq əməliyyatlar - endoprotezləşdirmə seçilir. Xəstədə diz qapağı çıxıqları, ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, artroskopik və mini açıq əməliyyatlar icra edilir. Ona görə də, tövsiyə edirəm ki, dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik, deformasiya müşahidə olunursa, pilləkən enərkən və qalxarkən ağrı yaranırsa, mütləq həkimə müraciət edin. Vaxtında edilən həkim müayinəsi və müalicəsi xəstəni cərrahi müdaxilədən qoruya bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1388   Tarix: 01 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi