Həkim-mütəxəssis: Yüksək qan təzyiqi problemi 60 faiz hallarda

Həkim-mütəxəssis: Yüksək qan təzyiqi problemi 60 faiz hallardaYüksək qan təzyiqi (hipertenziya) bütün orqanlar, xüsusilə də böyrəklər üçün çox təhlükəlidir. Ona görə də böyrək xəstəliklərinin müalicəsi, adətən, hipertenziyanın müalicəsi ilə yanaşı aparılır. Yüksək qan təzyiqi riskini artıran səbəblər çoxdur. Burada yaş, cinsiyyət, genetika, çəki və yanaşı xəstəliklər ciddi rol oynayır. Yaş artdıqca qan təzyiqinin yüksəlmə riski də artır. Problem, əsasən 35-50 yaşlarında daha çox müşahidə olunur. Araşdırmalara əsasən, yüksək qan təzyiqi xəstəliyi 60 faiz hallarda genetik faktorlarla əlaqəlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-nefroloq Barat Yusubov hipertenziyaya səbəb olan amillər barədə danışarkən deyib.
Həkim-mütəxəssis qeyd edib ki, hipertenziyaya 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir: "Lakin 50-55 yaş qrupuna aid kişilər və qadınlarda xəstəlik, demək olar ki, eyni dərəcədə müşahidə olunur. Yaşı 55-dən yuxarı olan qadınlarda isə yüksək qan təzyiqi probleminə digərlərinə nisbətən daha çox rast gəlinir. Təsiredici faktorlardan biri də, təbii ki, bədən çəkisidir. Təsadüfi deyil ki, piylənmədən əziyyət çəkənlərin 40 faizində yüksək qan təzyiqi problemi mövcuddur. Qeyd edək ki, yüksək qan təzyiqi olan gənc xəstələrin 30 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. Bundan başqa, şəkərli diabeti olan xəstələrdə də yüksək qan təzyiqinə daha çox rast gəlinir. Həddindən artıq duz istifadəsi də yüksək qan təzyiqi probleminə yol açan səbəblərdən biridir. Həmçinin daha çox oturaq həyat keçirmək və fiziki aktivliyin zəifləməsi hipertenziya riskini artırır. Nəzərə almaq lazımdır ki, əsəb, sinir gərginliyi də bütün vücuda mənfi təsir göstərdiyi kimi, yüksək qan təzyiqinə də səbəb ola bilər".
B.Yusubovun dediyinə görə, hipertenziya 90-95 faiz hallarda yanaşı xəstəliklərlə əlaqəli olmur: "Bu, birincili hipertenziya adlanır. Digər 5-10 faiz xəstələrdə isə yüksək təzyiq problemi yanaşı xəstəliyin nəticəsi kimi meydana çıxır. Buna isə ikincili hipertenziya deyilir. İkincili hipertenziyanın yaranmasına duzlu yeməklərlə qidalanmaq, böyrək və böyrəküstü vəzlərin (adrenal) xəstəlikləri, anadangəlmə aortanın (damar) bir hissəsinin dar olması, tiroid vəz problemləri (hipertiroidi, hipotiroidi) və s. kimi amillər səbəb ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1028   Tarix: 31 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi