Həkim-narkoloqdan xəbərdarlıq

Həkim-narkoloqdan xəbərdarlıqValideynlər övladlarının narkotik bəlasına düçar olduğunu bir neçə əlamətlə müəyyən edə bilərlər. Belə ki, həmin şəxslərdə tez-tez əhval-ruhiyyənin dəyişməsi qeydə alınır. Səbəbsiz olaraq həm qəmgin, həm də anidən sevincli olurlar. Bundan əlavə, bir müddət sonra aqressivlik başlayır. Sadəcə, ailə üzvlərinə deyil, dost-tanışa qarşı aqressivlik daha da artır. Bunun səbəbi, yeni dostların, tanışların olmasıdır. Həmçinin yuxu, iştaha pozulması, kəskin arıqlama gördükdə təcili dispanserə və ya bu sahə üzrə mütəxəssisə müraciət edilməlidir. Ekspres test üsulu ilə hər hansı bir psixoaktiv maddə istifadəsini müəyyənləşdirmək olur. Sonra psixoaktiv maddənin növü təyin olunur və ona uyğun müalicə tərtib edilir. Xəstənin vəziyyətindən asılı olaraq, stasionar və ya ambulator şəraitdə müalicə təyin olunur. 18 yaşdan yuxarı narkotik vasitə istifadəçiləri qeydiyyata alına bilir. Çünki yaşı 18-dən yuxarı olanlarda stasionar müalicəyə icazə var. 18 yaşa qədər olanlarda isə məcburi müalicə təyin edilməyibsə, həmin müalicə məhkəmə qərarı əsasında verilir. Qeydiyyatda olanlar əsasən iki-üç ildən çox müddətdə narkotik vasitə istifadə edənlərdir. Onlar istifadənin son həddinə çatdıqdan sonra həkimə müraciət edirlər. İlkin dövrlərdən narkotik maddə istifadəsinin qarşısı alınarsa, bu zaman müalicənin effekti yüksək olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-narkoloq Fizzə Baxışova deyib.
F.Baxışovanın sözlərinə görə, hazırda yeniyetmə və gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması məqsədilə maarifləndirmə işlərinə daha çox üstünlük verilir, psixoaktiv maddələrin törətdiyi fəsadlar haqqında danışıqlar aparılır. Görüşlər zamanı psixoaktiv maddələrin ilk istifadə dövrlərində yaratdığı yalançı "xoş hisslər" barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, iki-üç dəfə istifadədən sonra həmin maddələrdən asılılıq yaranır. Narkomaniyadan əziyyət çəkənlərin bir qismi özləri kimi digərlərini də narkotik bataqlığına salmaq üçün ətraflarına yeni insanları cəlb etməyi xoşlayırlar. Gəncləri, yeniyetmələri məlumatlandıran zaman deyirik ki, onlara hansısa bir dərman vasitəsi təklif olunarsa, onu araşdırsınlar. Psixoaktiv maddələr barədə məlumat nə qədər çox olarsa, bir-iki dəfə istifadədən sonra alınan saxta həzz barədə şirnikləndirici vədlər gəncləri yanıltmayacaq və onlar aldanmayacaqlar.
Həkim-narkoloq övladlarını "ağ ölümdən" uzaq tutmaq üçün valideynləri ayıq-sayıq olmağa və nəzarəti axsatmamağa çağırıb: "Valideynlər yeniyetmələri, gəncləri nəzarətdə saxlamalıdırlar. Bundan əlavə, narkotik vasitə istifadə edən şəxslərdə ilk əvvəllər ehtiyac olmasa da, sonradan səbəbsiz pul istəmələr, evdə qiymətli əşyalar, pul itkilərinin baş verməsi qeydə alınarsa, həyəcan təbili çalmaq lazımdır. Yeniyetmə və ya gənc pul istəyirsə, onu hara xərclədiyi məlum olmalı, dost-tanışlarının, yeni tanış olduğu insanların kimlər olduğu, nə işlə məşğul olduqları araşdırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib ki, bir dəfə psixoaktiv maddə istifadə edən şəxs ondan asılı vəziyyətə düşə bilər. Yəni, bir dəfə istifadə belə bu yoldan geri dönüşə çətinlik yarada bilər. Odur ki, valideynlər ayıq-sayıqlığı əldən verməməli, yeniyetmə və gənclər isə onlara belə maddələri təklif edən insanlardan uzaq durmalıdırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 995   Tarix: 20 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü