Həkim-pediatr: Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80-90 faiz qorunurlar

Həkim-pediatr: Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80-90 faiz qorunurlarPayız aylarında daha çox rast gəlinən xəstəliklərdən biri də sətəlcəmdir. Sətəlcəm ağciyərlərin hava kisəciklərinin (alveolalarının) maye və ya irinlə dolmasına səbəb olan bir və ya ikitərəfli infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sətəlcəm ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Sətəlcəm bakterial, viral və ya göbələk mənşəli olur. Azərbaycanda xüsusilə uşaqlar arasında virus mənşəli sətəlcəm halı daha geniş yayılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pediatr Telman Aytayev uşaqlarda sətəlcəm xəstəliyi barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası da sətəlcəmə səbəb olur: "COVID-19-un ağırlaşmış forması virus mənşəli sətəlcəmlərə nümunə ola bilər. Sətəlcəmin əsas əlamətləri uzun müddət davam edən bəlğəmli öskürək, yüksək hərarət və halsızlıqdır. Sətəlcəmlərin təxminən 50 faizi viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla, adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, kefsizlik kimi əlamətlərlə inkişaf edir. Xəstəliyin sonrakı mərhələlərində təngnəfəslik, ağ və ya rəngsiz bəlğəmli öskürək müşahidə edilir. Virus mənşəli sətəlcəmlər simptomatik olaraq müalicə edilir. Virus mənşəli sətəlcəm zamanı xəstədə ikincili olaraq bakterial sətəlcəm də əmələ gələ bilər".
T.Aytayev qeyd edib ki, bakterial sətəlcəmə daha çox pnevmokok adlandırılan mikrob səbəb olur: "Pnevmokok pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. Həmin bakteriya ilə yoluxmanın qarşısını peyvəndləmə ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tətbiq edilən Milli Peyvənd təqvimində pnevmokok əleyhinə peyvənd mövcuddur. Uşaq pnevmokoka qarşı peyvənd olunduğu zaman həmin xəstəlikdən 80-90 faiz qorunmuş olur. Bakterial sətəlcəmin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Pnevmokok bakteriyasının xüsusilə uşaqlar üçün təhlükəli olduğunu nəzərə alaraq, valideynlər uşaqlarını mütləq vaxtından peyvənd etdirməlidirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1189   Tarix: 01 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi