Həkim-psixoterapevt: Koronavirusdan qorxmaqda deyil, məsuliyyətli olmaqda böyük fayda var

Həkim-psixoterapevt: Koronavirusdan qorxmaqda deyil, məsuliyyətli olmaqda böyük fayda varKoronavirusun yoluxma imkanları güclü olduğundan o, çox sürətlə yayılır. Maraqlı cəhəti odur ki, virus 28 günədək yoluxuculuq qabiliyyətini saxlayır. Yəni bu müddət ərzində xəstəlik əlamətləri üzə çıxmaya bilər. Əksər insanlarda da xəstəlik heç bir əlamət olmadan keçir. Ona görə də həmin müddət ərzində bir insan digərlərini yoluxdura bilir. Elə bu səbəbdən birdən-birə çox sayda insanın yoluxma faktına rast gəlinir. Digər tərəfdən yoluxma faktlarının artımı aparılan testlərin çoxluğu ilə əlaqəlidir. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Daha çox test aparıldıqca, daha çox xəstə aşkarlanır. Bu, vacib məqamdır.
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
"Ölənlərin sayına baxanda görərik ki, indiyədək 7 nəfər dünyasını dəyişib. Hər bir ölüm faciədir, lakin yoluxanlarla ölənlərin nisbəti 1 faiz civarındadır. Dünyada isə ortalama faiz 5 faizə yaxındır. Belə baxanda biz səhiyyə sistemimizin xəstəliklə mübarizəsi, dövlətimizin gördüyü tədbirlərlə qürur duya bilərik. Ölkəmizdə vaxtında və çevik işlər görülüb. Həmçinin virusla mübarizədə yaxından iştirak edən həkimlərə minnətdarlıq düşür. Çünki burada iki komponent vəziyyəti nəzarətdə saxlamaqda öz rolunu oynayır: dövlətin vaxtında gördüyü tədbirlər və həkimlərin fədakarlığı. Xəstəliyi yüngül keçirənlərin sayı çoxdur. Bu, vaxtında görülən tədbirlərin nəticəsidir. Buna görə də böyük təşvişə düşməyi, sosial şəbəkələrdə insanların psixologiyasına mənfi təsir edin fikirlər yaymağı düzgün hesab etmirəm. Düşünürəm ki, qorxmaq, təşviş, panika ağılı əldən alır. Qorxmaqda yox, məsuliyyətli olmaqda böyük fayda var.
Koronavirus Avropanın bir çox ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Mənfur qonşularımızda olan vəziyyətə baxsaq, görərik ki, Ermənistanda koronavirusa yoluxanların sayı Azərbaycandakından çoxdur. Həmçinin orada ölkəmizdəki qədər çox test aparıla bilmir. Əgər gündə 1000 test keçirə bilsələr, yoluxanların sayında ciddi artım qeydə alınar. Odur ki, dövlətimiz, səhiyyə sistemimiz tədbirlər gördüyü halda məsuliyyətimizi itirməyək, onlara dəstək olaq. Evdə daha çox qalmağa çalışaq, lazımsız yerə küçəyə çıxmayaq, sağlamlığımızın keşiyində duran dövlət strukturlarının işinə mane olmayaq. Ən vacib məqamlardan biri odur ki, obyektiv yanaşma qorxuları aradan qaldırar. Xəstəliklə bağlı rəsmi mənbələrdən obyektiv məlumat almaq psixoterapiya effekti verir. İnsan özünü qorumaq yollarını dərk etsə, qorxusu yox, ağıllı tədbirlər görmək bacarığı təzahür edər.
Bir daha demək istəyirəm ki, qorxmaq əvəzinə məsuliyyətli olmağa üstünlük verilməlidir. Qorxu elə bir hissdir ki, bizim bütün əqli, düşüncə potensialımızı əlimizdən alır. Bununla yanaşı, qorxmamaq da məsuliyyətsizliyə, başqalarını düşünməməyə, eqoizmə aparıb çıxarmamalıdır. Kimsə qorxmasa da yaxınlarını, ailə üzvlərini, ətrafdakıları düşünsün. Odur ki, hər kəsi tətbiq olunan karantin rejiminə, qaydalara əməl etməyə səsləyirəm", - deyə Ə.Nağıyev bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1570   Tarix: 07 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim necə seçməli yaz geyimleri 2026 geyim şəkilləri qadin tumani hakista xina yaxdi qanda viruslar limon maskasi kosmetika cantalar novruz bayrami hakisda novruz bayramı atalar sozleri cekc pornuxa