Həkim-reanimatoloq: Reanimasiyada yatan COVID-19 xəstələrinin əksəriyyəti peyvənd vurdurmayanlardır

Həkim-reanimatoloq: Reanimasiyada yatan COVID-19 xəstələrinin əksəriyyəti peyvənd vurdurmayanlardırYeni növ koronavirus (COVID-19) infeksiyası bəşəriyyəti narahat edən bəladır. Bu virus infeksiyasına yoluxma halı gah artıb, gah da azaldığına görə buna dalğavari yoluxma deyirlər. Koronavirusla yoluxmanın hazırki dinamikasının bir müddət də davam edəcəyi proqnozlaşdırılır. COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə kollektiv immunitet formalaşdırılmalıdır. Kollektiv immunitet ya vətəndaşların virusa yoluxub sağalması, ya kütləvi vaksinasiya vasitəsilə mümkündür. Vətəndaşlar bilməlidirlər ki, peyvənd olunmaq COVID-19-dan qurtulmaq üçün yeganə çıxış yoludur. Virusa heç yoluxmayanlar istənilən vaxt, yoluxanlar isə sağaldıqdan 6 ay sonra peyvənd vurdura bilərlər.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının anestezioloq-reanimatoloqu Famil Mustafayev deyib.Həkim-reanimatoloq: Reanimasiyada yatan COVID-19 xəstələrinin əksəriyyəti peyvənd vurdurmayanlardırHəkim-mütəxəssis bildirib ki, cəmiyyətdə vaksinasiya ilə bağlı müəyyən tərəddüdlər var: "Təbii ki, müəyyən qədər qorxu və gərginliyin olması normaldır. Lakin nəzərə almaq lazımdır ki, peyvənd vurdurmaq yox, əslində virusa yoluxmaq təhlükəlidir. Bununla yanaşı, vaksin vurduranlara tövsiyə edirəm ki, arxayınlaşmaq lazım olmaz. Peyvənd virusa yoluxmadan qorumur, sadəcə olaraq xəstənin infeksiyanı daha yüngül keçirməsini təmin edir. Yəni, peyvənd vurdurduqdan sonra belə özünümühafizə qaydalarına əməl etmək lazımdır. Tibbi maskadan və dezinfeksiya məhlullarından istifadə etmək, sosial məsafəni qorumaq vacib şərtdir. İstər yoluxub sağalmaqla, istərsə də peyvəndlə virus əleyhinə immunitet qazanan hər kəs qızıl qaydalara riayət etməlidir. Ümumiyyətlə iki doza vaksin vurdurmuş vətəndaşlar arasında yoluxma hallarına təsadüf rast gəlinir. Belə xəstələr düzgün müalicə metodu ilə çox qısa zamanda sağlamlıqlarına qovuşurlar. Xüsusilə də yanaşı xəstəliyi olan, orta yaşlı və immunitetinə xüsusi diqqət yetirməyən vətəndaşlar vaksin vurdursalar da çox diqqətli olmalıdırlar".
F.Mustafayev qeyd edib ki, koronavirusun hazırkı dalğası zamanı virusa yoluxub reanimasiyada yatan xəstələrin əksəriyyəti COVID-19-u ciddi qəbul etməyən və peyvənd vurdurmayanlardır: "Vaksinasiyadan keçənlərin orqanizminin müdafiə qüvvəsi olduğuna görə xəstəliyə tez qalib gəlirlər. İndiki dövrdə COVID-19 əleyhinə vaksinasiyadan imtina etmək çıxış yolu deyil".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1136   Tarix: 31 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi