Həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!

Həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!Radioloq Aydın Əliyev COVID-19-a yoluxma sayının kəskin artımı barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, həkim bununla əlaqədar olaraq hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayının həddindən çox olduğunu bildirib. O qeyd edib ki, həkim nəzarəti olmadan bu dərmanı qəbul etmək ciddi fəsadlara yol aça bilər:
"Əksər insanlar panikadadır! Özlərini itiriblər: lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayı həddindən çoxdur! Qətiyyən qorxmayın, sağlam düşüncəni itirməyin! İnsanın başına nə bəla gəlirsə, sağlam düşüncəni itirməkdən gəlir! Əksər insanlar - təqribən 80-90% bu xəstəliyi yüngül keçirir, qorxmayın qətiyyən! Qorxu, panika, stress immuniteti zəiflədir.
38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Panik olmayın, bu halda heç bir dərman qəbul etmək lazım deyil! Mən müalicə həkimi deyiləm, amma bu şikayətlərlə bir çox xəstələri antibiotik, sistem qəbul etməkdən çəkindirmişəm və sağalıblar!
İnsan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman qoltuqaltı temperatur 38-ə qədər olanda dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir.
Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə yanaşma fərqli olmalıdır. Çünki onların immuniteti zəifdir, xüsusən ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olan xəstələr. Bəli, belə xəstələr xəstəxana şəraitində müalicə olunmalıdırlar!
80-90% insanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər. Payız mövsümü olduğundan, günəş az olduğundan əgər D vitamini çatışmazlığı varsa, analizlə dəqiqləşdirmək şərtilə vitamin D qəbul etmək olar".
Həkim ağır xəstələrin xəstəxanaya yerləşdirilməsini məsləhət görüb:
"Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl gigiyenasına fikir verək!" (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1644   Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil