Həkimdən XƏBƏRDARLIQ - Xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər
"Həkim necə xəstələnir: Böyük sağlamlığa aid kiçik fəndlər" kitabının müəllifi, terapevt Olqa Kaşubina alkoqollu içkilərin həddindən artıq istifadəsi zamanı yaranan "paxmel"dən ayılmaq üçün aspirini qəhvə ilə qarışdırmamağı tövsiyə edib.
Publika.az xəbər verir ki, "Sputnik" radiosuna verdiyi müsahibədə mütəxəssis bunun sağlamlığa mənfi təsir göstərə biləcəyini qeyd edib.
Həkimin sözlərinə görə, bu yanaşma yalnız vəziyyəti bir müddət yaxşılaşdıracaq, ancaq bundan sonra ciddi mədə problemlərinə səbəb ola bilər.
Kaşubina əlavə edib ki, spirtli içki qəbul edərkən insanın mədəsi tez-tez qıcıqlanır, odur ki, üstündən qəhvə ilə aspirin içsəniz, bu əlavə ağrıya və xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər. Həkim belə bir metodun xorası olan insanlar üçün son dərəcə arzuolunmaz olduğunu vurğulayıb.
Ancaq mütəxəssisin dediyi kimi, spirtlə əlaqəli olmayan adi baş ağrısının qarşısını almaq üçün qəhvənin ağrıkəsicilərlə birləşməsi yaxşı effekt verə bilər. Aspirin qan dövranını yaxşılaşdırır və kofein ondan toksinləri çıxarmağa kömək edir.
"Hətta aspirin və kofein birləşdirici həblər var. Farmakologiyanın belə bir tablet istehsal etməsi, bu iki maddənin tamamilə birləşdiyini göstərir. Bir fincan qəhvə ilə aspirin tableti içməkdə xüsusi qorxu yoxdur. Üstəlik, ağrıkəsici təsiri gücləndirdiyindən kofein tez-tez aspirinə əlavə olunur. Bu iki maddə bir-birini gücləndirir və təsiri daha effektiv olur", - deyə Kaşubina yekunda bildirib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar