Həkimdən XƏBƏRDARLIQ - Xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər

Həkimdən XƏBƏRDARLIQ - Xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər"Həkim necə xəstələnir: Böyük sağlamlığa aid kiçik fəndlər" kitabının müəllifi, terapevt Olqa Kaşubina alkoqollu içkilərin həddindən artıq istifadəsi zamanı yaranan "paxmel"dən ayılmaq üçün aspirini qəhvə ilə qarışdırmamağı tövsiyə edib.
Milli.Az xəbər verir ki, mütəxəssis bunun sağlamlığa mənfi təsir göstərə biləcəyini qeyd edib.
Həkimin sözlərinə görə, bu yanaşma yalnız vəziyyəti bir müddət yaxşılaşdıracaq, ancaq bundan sonra ciddi mədə problemlərinə səbəb ola bilər.
Kaşubina əlavə edib ki, spirtli içki qəbul edərkən insanın mədəsi tez-tez qıcıqlanır, odur ki, üstündən qəhvə ilə aspirin içsəniz, bu əlavə ağrıya və xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər. Həkim belə bir metodun xorası olan insanlar üçün son dərəcə arzuolunmaz olduğunu vurğulayıb.
Ancaq mütəxəssisin dediyi kimi, spirtlə əlaqəli olmayan adi baş ağrısının qarşısını almaq üçün qəhvənin ağrıkəsicilərlə birləşməsi yaxşı effekt verə bilər. Aspirin qan dövranını yaxşılaşdırır və kofein ondan toksinləri çıxarmağa kömək edir.
"Hətta aspirin və kofein birləşdirici həblər var. Farmakologiyanın belə bir tablet istehsal etməsi, bu iki maddənin tamamilə birləşdiyini göstərir. Bir fincan qəhvə ilə aspirin tableti içməkdə xüsusi qorxu yoxdur. Üstəlik, ağrıkəsici təsiri gücləndirdiyindən kofein tez-tez aspirinə əlavə olunur. Bu iki maddə bir-birini gücləndirir və təsiri daha effektiv olur", - deyə Kaşubina yekunda bildirib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 03 noyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi hamiləlik ekzema xəstəliyi hüquqşünas hamiləlikdən sonra dirnaq maskalari kosmetika birlik öpüşme sevgi vidyolar irem derici